NATO 2030-cu ilə qədər Rusiyanı əsas hərbi təhlükə hesab edir



Rusiya 2030-cu ilə qədər NATO üçün əsas hərbi təhlükə olaraq qalacaq.
APA-nın RT-yə istinadən verdiyi məlumata görə, belə bir proqnoz təşkilatın hesabatında yer alıb.
“2030-cu ilədək uzun bir müddətdə Rusiyanın Şimali Atlantika İttifaqı üçün əsas hərbi təhlükə olaraq qalması ehtimalı böyükdür”, - sənəddə belə deyilir.
Sənəddə qeyd olunur ki, “belə bir faktorla qarşılaşan NATO səy və həmrəylik göstərməli”, lakin “Rusiya rəhbərliyi daha konstruktiv bir yol seçərsə, dialoqa açıq qalmalıdır”.
Tarix: 3-12-2020, 11:48
Xəbəri paylaş



Xəbər lenti