Ermənistandakı hərbi-siyası böhran “çörək” böhranına çevrilə bilər - TƏHLİL
Azərbaycan torpaqlarında 30 illik erməni işğalına son qoyulması onlar üçün digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaradacaq.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Ermənistanın ərzaq təminatı məsələsində problemləri müharibənin ilk günlərindən hiss edilməyə başladı:
"Onsuz da passiv ticarət balansının yüksək olduğu bu ölkədə iri müəssisələrin fəaliyyətini dayandırması böyük ajiotaj yaratdı. 27 sentyabrdan başlayaraq ötən hər gün iqtisadi aktivlik daha da azaldı, təhlükənin miqyası genişləndi. Hətta insanlar ehtiyat ərzaq toplamaq üçün mağazalara axışdı, satış mərkəzləri isə eyni düşüncə ilə bunu məhdudlaşdırmağa çalışdı. Qısa müddət ərazində bu dalğa Ermənistanın bütün ərazisini bürüdü, qida məhsulları piştaxtalardan yoxa çıxdı. Bu, Ermənistanı gözləyən böyük ərzaq təhlükəsizliyi probleminin ilkin siqnalları idi".
Ekspert əlavə edib ki, illik taxıla olan ümumi təlabatı 450 min tona bərabər Ermənistan bunun 190-200 min tonunu yerli istehsal hesabına ödəyə bilirdi. Taxıl idxalının həcmi isə yerli istehsalın 125-130%-ə qədər idi. Başqa sözlə, 190-200 min ton taxıl istehsal edən bu ölkə təlbatını ödəmək üçün 250-260 min ton ixrac etməyə məcbur olurdu:
"Burada daha bir məqam yerli istehsal hesab etdikləri 190-200 min ton taxılın 60-65%-ə qədərinin bizim işğal edilmiş ərazilərimizin payına düşməsi idi. Bizim torpaqlarımızdan əldə etdikləri taxılın həcmi bəzi mənbələrə görə 130 min ton, bəzilərində isə 140 min tondan artıq göstərilir. Bu miqdarın da 100 min tondan çoxu birbaşa Ermənistana göndərilərək, əhalinin taxıl təminatında xüsusi paya sahib olurdu".
E.Əmirov bildirib ki, ərazilərimizdən bu həcmdə yararlandıqları halda əhalisinin 25%-ə yaxın hissəsi yoxsulluq həddində, 16%-i qida təhlükəsizliyi problemi ilə üz-üzə qalarkən, 6-7% əhali isə adi gündəlik tələbatı olan qidanı əldə etməyə böyük çətinlik çəkirdi. Hətta BMT Dünya Qida Proqramının açıqladığı məlumatlara görə, Ermənistan taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama olaraq 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal etməklə təlabatlarını ödəyə bilir:
"Bütün bu göstəricilər müharibəyə qədər olan faiz nisbətləri idi. Hansı ki, həmin vaxtda onlar işğalda olan ərazilərimizdən böyük həcmdə yararlanır, eləcə də taxıl istehsal edirdilər. Hazırkı durumda isə onların torpaqlarımızdan qovulması, digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaşanacaq. Bu istiqamətdə yaranmış böyük həcmli bu defisiti aradan qaldırmaq üçün bütün qida sahələri üzrə idxalın xüsusi çəkisinin kəskin artırılması məcburidir".
İqtisadçı hesab edir ki, təkcə taxıla olan təlabatın ödənilməsi üçün idxalın payı 75-80%-ə qədər yüksələcək. Bu isə qeyri-formal idxal kvotasının kəskin aşılmasıdır. Bunun öhdəsindən gəlmək üçün böyük maliyyə vəsaiti lazım olacaq:
"Sonda yenə gəlib hər şey maliyyə qaynaqlarının üzərinə köklənəcək. Əgər Ermənistan diskriminativ yanaşıb öz ərzaq təhlükəsizliyini digər sahələrdəki problemlərindən önə çıxarmasa, bu problemin həlli üçün maliyyə qaynaqları tapmasa, növbəti aylarda hərbi-siyası böhranın “çörək” böhranı ilə əvəz ediləcəyini görəcəyik".
Tarix: 3-12-2020, 10:15
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:47
Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır? – VİDEO
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
3-08-2026, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
3-08-2026, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
3-08-2026, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
3-08-2026, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
3-08-2026, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
3-08-2026, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
3-08-2026, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
3-08-2026, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
3-08-2026, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
3-08-2026, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO