Hər gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Bu aksiyalarda müxalifət liderləri, partiya üzvləri, Qarabağ müharibəsində həlak olmuş və itkin düşmüş əsgərlərin valideynləri iştirak edir.
Bizimyol.info xəbər verir ki, dekabrın 2-də baş tutan mitinqdə “İşıqlı Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan Paşinyanı sərt tənqid edib. O, Şuşanın işğalına görə ermənilərin qeyd etdiyi 8 May bayramını itirdiklərini söyləyib.
“Bizim üçün üçqat bayram idi. İndi isə 10 Noyabrı vətənə xəyanət günü kimi qeyd etməliyik. Həmin gün matəm elan olunmalıdır”.
Zöhrabyan Paşinyanı ermənilərin ləyaqətinin alçaldılmasının rəmzi adlandırıb. Onun sözlərinə görə, baş nazir nə qədər tez istefaya getsə, Ermənistan üçün bir o qədər yaxşı olar.
Tarix: 2-12-2020, 21:21