Moskvanın bağrında anklav yaradaraq və hərbi hissələrini yerləşdirdiyi və hərbi üsul-idarə ilə yönəltməyə çalışdığı yeganə bölgə Dağlıq Qarabağ deyil. Rusiyanın, Avropanın qəlbində belə, yapışacağı ilməyi var.
Bəli, söhbət
Kalininqraddan gedir. 1945-ci il aprelin 6-da sovet qoşunları tərəfindən işğal edilən bu
vilayətin sakinlərinin 80%-i almandır. Zatən 13-ci əsrdən bəri alman əsilli dövlətlərin nəzarətində olub. Rus işğalından sonra Kalininqradın da taleyi dəyişilib. 1990-cı illərdə Baltikyanı ölkələr SSRİ-dən ayrıldıqdan sonra Kalininqrad vilayəti inzibati ərazi vahidi olaraq bağlandığı Rusiyadan ayrı düşüb. Rusiyanın vilayətidir, amma onunla heç bir
torpaq əlaqəsi yoxdur. Aralarında ən azı 2 dövlət qədər məsafə var. Şərqdən
Latviya və Litvanı keçərək bu vilayətə gedə bilən Rusiya vətəndaşları Baltik dənizi üzərindən eyni təşəbbüsə girişərsə, həmin ölkələrlə yanaşı,
Finlandiyanın, Estoniyanın dəniz sərhədlərini də pozmalıdır.
Quruda
Litva və Polşa arasında yerləşən vilayəti Rusiya əldən buraxmaq istəmir. Çünki Kalininqrad vasitəsilə
həm Baltik dənizinə, həm də Şimali və Mərkəzi Avropaya nəzarət edir. Təsadüfi deyil ki,
Rusiya hərbi dəniz qüvvələrinin Şimal donanmasının əsas bazası da bu vilayətdə yerləşir. Dolayısıyla bu vilayətdəki hərbi qürətilə bütün Avropanı “rus xofu” altında saxlayır. Son zamanlar Rusiyanın buradakı hərbi qüdrətini gücləndirdiyi müşahidə olunur. Oxuduğunuz yazı da məhz bundan bəhs edir.
Rusiya Kalininqradın altında öz hərbi qüdrətini gücləndirir - orada yeni bir motoatıcı diviziya formalaşır. Ovqat.com xəbər verir ki,
Rusiya Müdafiə Nazirliyindən mediaya sızdırılan məlumatda belə deyilir.
Məlumata görə, bir il sonra Kalininqrad vilayətində yeni
motoatıcı diviziya yaradılacaq.
Hərbi analitiklərin fikrincə, Kalininqradda gücləndirilməsi nəzərdə tutulan yeni hərbi birləşmə
NATO-nun “rus anklav”ına hücum etmək təhlükəsini sıfıra endirmək üçün “kifayət edəcək”.
Məlumata görə, gələn ildən etibarən, Rusiyanın Kalininqradda yerləşən
11-ci Ordu Korpusunun (AK) Baltik donanmasının Sahil və Quru qoşunlarının tərkibində motoratıcı diviziyası yaradılacaq.
TASS-ın regionun güc strukturlarına istinadən bildirdiyinə görə, yeni birləşmənin tərkibinə əvvəllər bir neçə aydan sonra
11-ci Ordu Korpusunun qərargahına birbaşa tabe olan ayrıca motoatıcı və tank alayları və ayrıca motoatıcı briqada daxil olacaq.
"
Yeni diviziya artilleriya alayı da daxil olmaqla, döyüş təminatı hissələrinin tam dəstini alacaq", – deyə mənbə bildirib. Silahlı Qüvvələrdə qəbul edilmiş ştat cədvəlinə görə,
motoatıcı diviziyanın şəxsi heyəti 12 min nəfərə çatır.
Rusiya qruplaşmasının Kalininqradda möhkəmlənməsi son zamanlar sürətlənib. Ötən ilin fevralında müxtəlif tipli onlarla təyyarədən ibarət olan tamhüquqlu
aviadiviziyanın yaradılması planları məlum olub. "İzvestiya" nın məlumatına görə, bir ay əvvəl Rusiyanın ən güclü tanklarından olan T-72B3M-nin buradakı birləşmələrinin təchizatına başlanılıb. Bir ildən sonra başa çatacaq yeniləşmə prosesi nəticəsində
motoatıcı alay 11-ci hərni korpusun tank batalyonlarına daxil olan ayrıca briqadaya çevriləcək.
Bildirilir ki,
NATO ölkələri də Rusiyanın bu addımına laqeyd deyillər və
anklav ətrafında güclərini artırırlar. Kalininqrada, əsasən
100 min nəfərlik Polşa ordusu ciddi təhlükə yarada bilər. Zira vilayətlə həmsərhəddir. Varşava öz hərbi xərclərini sürətlə artırır, onları ildə
12 milyard dollara yaxınlaşdırır. Münaqişə zamanı Kalininqrad üçün Almaniya ordusu da ciddi təhlükə kimi ortaya çıxa bilər. Nədən ki, Kalininqrada Almaniyanın daha çox iddia etmək haqqı var.
Bundesverin (Almaniya ordusu) canlı qüvvə sayı
180 mindən çoxdur və hərbi büdcəsi 55 milyard dollardır.
Noyabrın sonlarında Litvada Kalininqraddan 252 km məsafədə
NATO-nun "Dəmir qurd II - 2020" manevrləri keçirilib. Baltikyanı ölkələrdən başqa, Mərkəzi Avropa orduları da
NATO-nun genişləndirilmiş qabaqcıl hərbi birlikləri (Enhanced forvard Presence, EFP – Ovqat.com) təlimlərdə iştirak edirdi.
Rusiyanın Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov Baltikyanı ölkələrin dörd EFP bazasının Qərbin lider ölkələrinin himayəsi altında olduğunu xatırladıb. Belə ki,
Rukloy şəhəri üzərində Almaniya, Adaji üzərində Kanada, Polşanın Ojiş şəhərində isə ABŞ orduları yerləşdirilib. "Kalininqraddan 136 km məsafədə yerləşən bu şəhərcikdə ABŞ ordusunun Ümumqoşun batalyonundan ibarət birləşmiş kontingenti, Böyük Britaniyadan elit şotland birləşməsi, Xorvatiyanın artilleriya batareyası, Rumıniya hərbi birləşmələri dayanır. NATO qüvvələri, həmçinin Polşa ordusunun mexanikləşdirilmiş briqadasının bazasında, Almaniyadakı Amerika kontingentinin operativ qərargahında yerləşir. Polşa hərbçiləri bu birləşmədə yardımçı rol oynayırlar.
Rusiya Federasiyasının hərbi sənaye Komissiyası kollegiyasının ekspert şurasının üzvü, "Vətən arsenalı" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik
Viktor Muraxovski isə xatırlayır ki, SSRİ dövründə də regionda böyük bir ordu yaradılmışdı, çünki sovet Baş Qərargahında
anklavı NATO üçün əsas hədəf hesab edirdilər. 90-cı illərdə bu güclü birləşmə ixtisara məruz qaldı.
"Hazırda Kalininqrad vilayətindəki hərbi hissələrimiz kifayət qədərdir. Yəni hazırkı qüvvələrlə də Kalininqrad vilayətini itirməyə gətirib çıxara biləcək hansısa sürətli hücum əməliyyatının qarşısını almaq olar",-deyən ekspert hesab edir ki, NATO-nun bölgədəki qoşunlarının sayı hücum üçün kifayət deyil: "Hücum qruplaşmasının yaradılmasından danışsaq, onun yaradılmasını gizlətmək mümkün deyil. İndi, məsələn, Litvada yerləşdirilmiş qüvvələr yalnız taktiki batalyon birləşmələridir".
Ekspertin fikrincə,
NATO-nun Polşadakı qruplaşması daha böyükdür, üstəlik, orada rotasiya əsasında Amerika briqadası yerləşir: “Gələcəkdə isə Pentaqon orada diviziya qərargahı yaratmaq niyyətindədir. Bu aspekti nəzərə alaraq qəfil zərbələrin endirilməsinin qarşısını almaq üçün hərbi birləşmələrin gücləndirilməsi prosesi gedir".
NATO ölkələri
Rusiyanın Kalininqrada nüvə silahı yerləşdirdiyini düşünürlər. 2018-ci ildə bu versiyanı "
Reuters"agentliyi ortaya atmışdı. Alyansın hərbi analitikləri "Rusiya təhlükəsi"nə qarşı çıxmaq üçün ilk addımlardan biri kimi, nüvə silahı arsenalını Kalininqrada yaxınlaşdırmaq təklifi irəli sürürdülər. Həmin ilin noyabrın sonlarında Amerikanın
"National Interest" jurnalı yazırdı ki,
ABŞ-ın nüvə silahları Polşaya kozır kimi yerləşdirilməlidir ki, ruslar öz nüvə arsenalını Kalininqraddan çıxarmağa vadar olsunlar. "
Növbəti ABŞ administrasiya prezident Trampın NATO-dakı müttəfiqlərimizin alyansın şərq cinahında hərbi dəstəyinin gücləndirilməsi strategiyasını davam etdirməli və gücləndirməlidir", - deyə nəşr tələb edir. Qərbdə ehtiyat edirlər ki, anklava gətirilən "
İsgəndər" raketləri nüvə başlığı ilə təchiz edilib və mümkün qlobal müharibə baş verəcəyi təqdirdə,
nüvə zərbəsinin vurulması üçün onlardan istifadə oluna bilər. "
Fransa prezidenti Emmanuel Macron NATO – nun beyin ölümünü qeyd etsə də, NATO-nun Rusiyaya müharibə etməmək üçün hələ də beyninin qaldığına ümid var", -
BALTFORT hərbi-tarixi jurnalının Latviyada yaşayan baş redaktoru Yuri Melkonov deyir. “Amma NATO liderləri Moskvaya hərbi əzələlərini nümayiş etdirməklə bütün Avropanı bundan sonra da qorxuya salacaqlar. Onlar tərəfindən 2014-cü ildən Rusiyaya qarşı təcavüzkar niyyətlərin nümayişi, daha doğrusu, imitasiyası aparılır.
Odur ki, Kalininqradda Baltflot bazasında yeni motoatıcı diviziyanın yerləşdirilməsi Rusiyanın Baltik dənizində NATO – nun fəaliyyətinə gözlənilən cavabıdır", – deyə Melkonov bildirib.
Tarix: 2-12-2020, 21:16