PUTİN PAŞİNYANA DƏSTƏK VERMƏYƏ ÇAĞIRIB - “O, öz üzərinə məsuliyyət götürüb”



Rusiya Prezidenti Vladimir Putin KTMT-nin bu gün keçirilən onlayn iclasında Ermənistandakı duruma toxunub.
“AzPolitika.info” xəbər verir ki, Rusiya prezidenti noyabrın 10-da ünvanlanan üçtərəfli razılaşmanın yerinə yetirilməsinin və bölgədə atəşkəsin saxlanmasının vacibliyini qeyd edib.
Putin deyib ki, bunun üçün Ermənistanın hazırkı baş nazirinə dəstək göstərmək vacibdir. Çünki məhz o, bu çətin qərarın verilməsinə görə məsuliyyəti öz üzərinə götürüb: “Bu, aydın məsələdir və bu iclasda iştirak edən hər kəs belə qərarların verilməsinin məsuliyyətini anlayır. O, öz üzərinə bu məsuliyyəti götürüb. Bizim işimiz indi baş naziri və onun komandasını dəstəkləməkdir ki, dinc yaşayışın təmin olunmasına və qəbul olunmuş qərarların icrasına nail olunsun.”
Putin deyib ki, sözügedən razılaşma Ermənistan üçün çətin verilən qərar olsa da, erməni xalqı üçün vacib qərar olub.
Tarix: 2-12-2020, 16:03
Xəbəri paylaş



Xəbər lenti