Almaniya Kansleri Angela Merkel üçüncü koronavirus dalğası barədə xəbərdarlıq edib.“Reuters” xəbər verir ki, Kanslerin sözlərinə görə, Almaniyada 2 noyabrda yumşaq karantin tədbirlərinin tətbiq olunmasından sonra yoluxma hallarının sayı sabitləşib. Bununla birlikdə, Kansler vəziyyətin hər an dəyişə biləcəyini qeyd edib.
“Qışda çox diqqətli olmalıyıq. Əks təqdirdə yeni bir dalğa olacaq”,– deyə Kansler bildirib.
Merkel bununla əlaqədar olaraq Milad tətilində məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinə də qarşı çıxıb.
Daha əvvəl Almaniyada noyabr ayının sonuna qədər qüvvədə olan sərt karantinin 20 dekabr tarixinə qədər davam edəcəyi və ehtimal ki, gələn ilin yanvar ayının sonuna qədər uzadılacağı açıqlanmışdı/Qafqazinfo.
Tarix: 1-12-2020, 21:22