“Rublun taleyi neft və peyvənddən asılıdır” - Analitik


“Rublun taleyi neft və peyvənddən asılıdır” - Analitik

Rusiya rublunun perspektivi peyvənd və neftdən asılıdır.
Cebhe.info xəbər verir ki, bunu tanınmış rusiyalı analitik Yuri Kravçenko deyib.
O bildirib ki, qlobal bazarda nikbin tonların yaranmasına əsas ümid yaxın gələcəkdə peyvəndlə bağlı xoş xəbərlərin gələcəyi və xüsusilə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əhalisinin kütləvi peyvənd olunacağı ilə bağlıdır: "Digər tərəfdən, hələlik ancaq yoluxmanın artdığını və məhdudiyyətlərin tətbiqini görürük".
Analitikin fikrincə, hələlik yüksək nikbinliyə əsas yoxdur və ölkələrin milli valyutaları kimi rubl da əsasən neftin qiyməti və peyvəndlə bağlı qərardan asılı olacaq: "1 dekabrda keçiriləcək OPEC+ iclası da xüsusi əhəmiyyətə malikdir".
Tarix: 30-11-2020, 11:31
Xəbəri paylaş



Xəbər lenti