Həlak olmuş erməni əsgərin anası Paşinyanın istefası tələbi ilə aclığa başlayıb


Nikol PaşinyanNikol Paşinyan

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasının tələb edənlərin sayı hər gün bir az da artır.

Noyabrın 25-də prosesə həlak olmuş əsgərin anası da qoşulub.
Bizimyol.info xəbər verir ki, Anait Kirakosyan Paşinyanın istefasını daha sərt şəkildə tələb etməyə başlayıb. Andranik Kirakosyanın anası aclıq edənlərin sırasında yer alıb. “Daşnaksutyun”un üzvü Geqam Manukyan bu haqda “Facebook” profilində yazıb. Onun bildirdiyinə görə, qadını fikrindən daşındıra bilməyiblər. Anait Kirakosyan yalnız gecəni evində keçirməyə razılaşıb.
Geqam Manukyan özü bir neçə gündür aclıq edir. Noyabrın 24-də ona Konstitusiya Məhkəməsinin keçmiş sədri Kim Balayan da qoşulub. Balayan bir az da irəli gedərək, Paşinyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Tarix: 25-11-2020, 22:38
Xəbəri paylaş



Xəbər lenti