"Fitch" Yerevanın reytinqlərini geri çağırıb - Səhv məlumatlara görə



"Fitch Ratings" beynəlxalq agentliyi Yerevanın reytinqlərin qiymətləndirmə prosesində iştirakından imtina etməsi səbəbindən şəhərin "B+" səviyyəsində olan xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) geri çağırıb.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bundan sonra agentlik reytinqlərin qiymətləndirməsi üçün kifayət qədər məlumata sahib olmayacaq.
"Reytinqlər qənaətbəxş olmayan və səhv məlumatların verilməsi səbəbindən geri çağrılıb", - deyə "Fitch"in açıqlamasında deyilir.
Tarix: 24-11-2020, 10:38
Xəbəri paylaş



Xəbər lenti