Co Baydenin prezidentliyə başlaması ilə ABŞ-ın xarici siyasətində demokratikləşmə prioritet məsələlərdən birinə çevriləcək.Çünki Demokratlar Partiyasının hakimiyyətdə olduğu dönəmlərdə dünya ölkələrində demokratiyanın müdafiəsi və ixracı ABŞ-ın siyasətində aparıcı yer tutur. Qeyd edilən səbəbdən Co Baydenin prezidentliyi dövründə Barak Obama administrasiyasının bir sıra siyasi ənənələrinin davam etdiriləcəyi proqnozlaşdırılır. Avtoritarizmə qarşı mübarizə strategiyasının əsas vasitələrindən birini ABŞ-ın marağı olan bölgələrdə “narıncı inqilablar”ın həyata keçirilməsi təşkil edir.
Donald Tramp administrasiyasının xarici siyasət kursunda inqilablara dəstək demək olar ki, yer almırdı. Tramp ABŞ-ın başqa ölkələrin xarici siyasətinə qarışmasını düzgün hesab etmir. Onun “Amerika dünya polisi deyil” prinsipi əslində, “rəngli inqilablar”dan imtinanı özündə ehtiva edir. Baydenin Ağ Evə rəhbərlik edəcəyi dövrdə isə dünyada dinc inqilablara dəstək siyasətinin yenidən canlanacağı istisna olunmur.
Co Baydenin siyasi platformasını təhlil edən ekspertlərin rəyinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Rusiyanın ətraf regionlarda təsirini azaltmaq üçün post-sovet məkanında özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsinə çalışacaq. Bu baxımdan, Belarusda başlanılmış inqilabi prosesin müxalifətin qələbəsi ilə yekunlaşması Baydenin planında başlıca yer tutur. 46-cı prezident Ukraynada demokratik islahatların güclənməsinə çalışacağını vəd edib. Aleksandr Lukaşenko rejiminin devrilməsi Belarusu Rusiyanın təsir dairəsindən çıxarmaqla yanaşı, Ukraynada üzərində ABŞ-ın geosiyasi mövqelərini möhkəmlədə bilər.
Bu baxımdan, Belarusun getdikcə artan geostrateji əhəmiyyəti ABŞ üçün Ukraynadan heç az əhəmiyyət kəsb etmir. Analitiklər hesab edir ki, prezident Bayden ABŞ-ın Yaxın Şərqdəki mövqelərini gücləndirmək üçün inqilablar texnologiyasından istifadə edəcək. Bu, Obamanın “Ərəb baharı” layihəsinin təkrarı olmasa da Bayden Trampdan fərqli olaraq, zəngin sərvətə malik ərəb diktatorları ilə əməkdaşlıq etməyə üstünlük verməyəcək. Co Bayden Donald Trampın milyardalarla dollar dəyərində silah satdığı və anti-İran koalisiyasında yer alması üçün jurnalist Camal Qaşıkçının qətlinə göz yuman Səudiyyə Ərəbistanına fərqli münasibət sərgiləyir. ABŞ-ın yeni rəhbərliyi krallıqla iş birliyindən tamamilə imtina etmədən onunla münasibətləri mümkün qədər rasional müstəviyə keçirməyə çalışacaq.Bu addım həm siyasi, həm də mənəvi səbəblərdən Vaşinqtonun vəliəhd Məhəmməd bin Salmana qeyd-şərtsiz dəstəyi çəkməkdən və Yəməndə əməliyyatlara dəstəyi azalmaqdan ibarət ola bilər. Bayden ABŞ-ın müttəfiqi olan ərəb ölkələrində avtoritarizmin özbaşınalığına son qoymaq niyyətindədir. Fars körfəzindəki ərəb monarxiyalarından tutmuş Misirə qədər Yaxın Şərqdə diktatura rejimləri hökmranlıq edir. Onların hamısı ABŞ-ın müttəfiqləridir. Tramp populistcəsinə həmin avtoritar liderlərə heyranlıq nümayiş etdirirdi.
Bayden isə bunun əksinə olaraq, bütün regionda avtoritarizmə qarşı islahatlara ehtiyac olduğunu bildirmək imkanı əldə edib. Bu, Baydenin respublikaçı sələfi oğul Buşun çox uğur qazanmadan etməyə çalışdığı demokratikləşməni xarici siyasətin mərkəzi elementi halına gətirəcəyi anlamına gəlmir.Hər halda yeni administrasiya avtoritar rejimlərlə münasibətlərdə qeyri-liberal qüvvələrə qarşı çıxacaq. Bu dalğada hətta ABŞ-ın Yaxın müttəfiqi olan qəddar Misir diktatoru Əbdül Fəttah əl-Sisi başqa bir bir dünyəvi dövlət başçısı ilə əvəzlənə bilər.
Fərq isə yeni prezidenti xunta başçısı deyil, daha liberal olmasında özünü göstərəcək. Baydenin Yaxın Şərqdə despotizmə qarşı mübarizə siyasəti yalnız müttəfiq ərəb ölkələrində deyil, Suriya prezidenti Bəşər Əsəd üçün də ciddi təhlükə törədə bilər. Çünki Əsəd ABŞ-ın hədəfinə çevrilməsi Rusiyanın və İranın Yaxın Şərqdən sıxışdırılması üçün ABŞ üçün strateji əhəmiyyət kəsb edir.Bayden Trampın Yaxın Şərqdən ABŞ silahlı qüvvələrini çıxartdığına görə tənqid edir və məğlub olmaqda ittiham edir. Bunun qarşılığında isə yeni prezident Yaxın Şərqdə yeni Trampın diktator müttəfiqlərini islahatçı hakimiyyətlərlə əvəz etmək, onlarla konstruktiv əməkdaşlıq formulunu təklif edir. Ancaq Senatda çoxluğa malik olan respublikaçıların buna dəstək verəcəyini dəqiq söyləmək çətindir.
Cebhe.info
Tarix: 21-11-2020, 16:06