“NATO Türkiyənin Cənubi Qafqaza daxil olmasını istəyir” – AKTUAL
Ötənlərdə Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Danışıq zamanı Qarabağ məsələsi də müzakirə edilib. "Rusiya və Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi nəzərə alınaraq, Qarabağ ətrafında vəziyyətin inkişafı hərtərəfli müzakirə edildi", - deyə məlumatda bildirilir. Görünür, cənab vasitəçilər, “qollarını çirmələyib”, “əllərini daşın altına qoymağa” qərar veriblər. Amma qatar çoxdan keçib. Biz üç böyük dövlətin edə bilmədiyini, tək başına icra etdik. Deməli, bundan sonra vasitəçilərin heç birinə ehtiyacımız yoxdur. Necə gəliblərsə, elə də getsinlər. Ya da olduqları yerdə qalıb, qələbəmizə tamaşa etsinlər... Amma, görünür, yenə işə qarışmaq istəyirlər. Bəs bu mümkündürmü?
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli “Sherg.az”a açıqlamasında həmsədrlərin ötən müddətdəki “fəaliyyətini” təhlil edib:
“Minsk qrupu faktiki olaraq prosesi uzatmaqla, belə demək mümkünsə, məsələni elastikləşdirməklə məşğul idi. Ortada isə heç bir real nəticə olmadı. Düzdür, BMT-nin dəstək verdiyi qurum olduğuna görə, Minsk qrupunun sənədləri dünya siyasətində oturuşmuş bir şəkil almışdı. Lakin bundan sonra prosesi işğalçının xeyrinə olaraq dondurmağa başladılar. Onlar nəinki real işlə məşğul olmur, hətta Qarabağa silah daşınmasını bildikləri halda, buna göz yumurdular. Hərçənd, həmin silahların arasında iriçaplılar da az deyildi. Çoxu qeydiyyatdan keçməmişdi, yüklərin monitorinqi aparılmamışdı. Həmin silahlar Qarabağ üçün, bəlkə, 5-10 dəfə çoxdur. Amma bir adam soruşmurdu ki, xeyirdimi? Ümumiyyətlə, bu barədə heç vaxt məsələ qaldırılmayıb. Yəni Minsk qrupu faktiki olaraq Azərbaycanın əleyhinə işləyib”.
S.Məmmədlinin sözlərinə görə, vasitəçilər faktiki olaraq öz missiyasını yerinə yetirməkdən boyun qaçırırdı:
“Onların bir neçə cümləlik bəyanatlarından aydın hiss olunur ki, təkcə haqqa, ədalətə zidd davranmır, eləcə də, BMT-nin qətnamələrini icra etmək istəmirlər. Təsəvvür edin, BMT-nin yaratdığı qurum onun qətnamələrindən imtina edir. Bu nə deməkdir?! Hərçənd, həmsədrlərin vəzifəsi məhz həmin dörd qətnaməni yerinə yetirmək idi. Hətta bir sıra siyasi şərhçilər haqlı olaraq deyirdilər ki, BMT-nin qətnamələri çərçivəsində belə, məsələnin həlli sual altındadır. Vasitəçilər göz görə-görə beynəlxalq hüququ tanımaq istəmirdilər. Nəticədə öz fəaliyyətləri, daha doğrusu, fəaliyyətsizlikləri ilə öz sonlarını gətirdilər. Belə olan halda həmsdərlərdəm hər biri, yəni Rusiya, Fransa və ABŞ öz maraqları çərçivəsində Ermənistanı dəstəkləməyə başladılar. Regiona sülhməramlılar yerləşdirilib, monotorinq mərkəzi yaradılıb, Türkiyənin məsələdə iştirakı fakta çevrilib. Belə olan halda Minsk qrupunu “reanimasiya”sı real deyil. Düzdür, beynəlxalq nizamnaməyə görə, məsələni vasitəçilərin xəttilə həlli daha münasibdir. Fəqət bu, faktiki olaraq mümkün deyil. Vasitəçilər istəsələr də, istəməsələr də Türkiyə faktorunu nəzərə almalıdırlar”.
Professor, həmçinin vurğulayıb ki, gələcəkdə həmsədrlərdən ikisi-Fransa və Rusiya arasında münasibətlər ziddiyətləşəcək:
“Kremlin Cənubi Qafqazda zəifləməsindən Makron hakimiyyəti istifadə etmək niyyətindədir. Fransa rəsmi Moskvanın Ermənistandakı yerini tutmaq istəyir. Əlbəttə, rus ekspertləri bunu yaxşı anlayırlar. Başa düşürlər ki, Makronun ermənipərəst mövqeyi təkcə buradakı erməni lobbisinin fəaliyyəti ilə bağlı deyil. Erməni cəmiyyəti tədricən “ənənəvi” vassalından üz döndərməkdədir. Baş nazir Paşinyanın mövqeyi də aydındır. Belə olan halda, dediyim kimi, məqsəd Ermənistanda Rusiyanın yerini tutmaqdır. Ona görə iki dövlətin maraqları uzlaşmır. Putinin məsələyə operativ müdaxiləsi də məhz bununla bağlı idi. Kreml sahibinin öz maraqları var. Qarabağa sülhməramlıların yerləşdirilməsi də məhz onun maraqlarını təmin edir”.
Ekspert hadisələrin bundan sonra daha mürəkkəb süjet xəttilə davam edəcəyini düşünür:
“Dediyim kimi, Türkiyə məsələdə faktiki iştirakçıdır. Amma bu, təkcə rəsmi Ankaranın yox, həm də NATO-nun mövqeyidir. Bəli, həm NATO, həm də ABŞ Türkiyənin Cənubi Qafqaza daxil olmasını istəyir. ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə Gürcüstan rəsmilərinin “ABŞ-ın Cənubi Qafqazda mövqeyi güclənməlidir” bəyanatı dediyimiz faktı isbatlayır. Ümumiyyətlə, bütün aparıcı “oyun iştirakçıları” NATO-nun Cənubi Qafqazda olmasını ya istəyir, ya da istəyəcək. Bu regionu Rusiyanın təsiri altında saxlamaq mümkünsüzdür və ümumiyyətlə, düzgün deyil. Kremlin Azərbaycana müdaxiləsi NATO-nun ürəyincə deyil. Ona görə də rəsmi Moskvanı buradan mümkün qədər çıxarmağa çalışacaq. Fransa prezidenti Makronun ermənipərəst mövqeyi, həmçinin parlamentdə Qarabağın statusu məsələsini müzakirəyə çıxarması nəinki dövlətin xarici siyasətinə, hətta beynəlxalq hüquqa ziddir. Makron öz özünə zərbə vurur. Və görünür ki, o, beynəlxalq hüququ bilmir.
Təkrarlayıram, gələcəkdə Fransa ilə Rusiya arasında münasibətlər ziddiyətləşəcək . Çünki Kreml rəsmi Parisin mövqeyini qəbul etmir. Beləliklə, Türkiyənin Cənubi Qafqazda mövqeyi güclənəcək”.
Tarix: 19-11-2020, 22:01
-
Dünən, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
Dünən, 22:47
Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır? – VİDEO
-
Dünən, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
Dünən, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
Dünən, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
Dünən, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
Dünən, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
Dünən, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
Dünən, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
Dünən, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
Dünən, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
Dünən, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
Dünən, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO
-
3-08-2026, 22:31
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
-
3-08-2026, 17:15
Taliban rejiminə qarşı yeni hərbi əməliyyatlara başlayıb - General Sadat kimdir və ya o, nə istəyir? (TƏHLİL)
-
3-08-2026, 16:50
Çimərlikdə istirahət edərkən PUA ilə vuruldular - Ölənlər var(VİDEO)
-
3-08-2026, 13:12
Azərbaycanda vergi işçiləri həbs edildi
-
3-08-2026, 13:09
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
-
3-08-2026, 12:52
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: "Forbes" Azərbaycandan yazdı
-
3-08-2026, 12:03
İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı
-
3-08-2026, 11:58
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
-
3-08-2026, 10:13
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
-
3-08-2026, 10:06
Yaqub Hüseynovun "Qaynana" restoranında QALMAQAL: Narazı qalan türkiyəli qonaq çağırış etdi + VİDEO