Moldovanın yeni prezidenti: "Ukrayna ilə ikitərəfli münasibətləri dərhal bərpa etdirməliyik"

Maya SanduMaya Sandu

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu Ukraynanın bu ölkədəki səfiri Mark Şevçenko ilə keçirdiyi görüşdə rəsmi Kiyevlə dondurulmuş ikitərəfli əməkdaşlığın bərpa edilməsinin zəruriliyindən danışıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə M.Sandunun rəhbərlik etdiyi “Hərəkət və Həmrəylik Partiyası”nın mətbuat xidməti məlumat yayıb.
“Bizim ümumi bir çox problemimiz və birlikdə çata biləcəyimiz bir çox hədəflərimiz var. Moldovanı təcrid vəziyyətindən çıxarmalı və Ukrayna ilə ikitərəfli münasibətləri dərhal bərpa etdirməliyik”, - deyə mətbuat xidməti tərəfindən yayılmış sənəddə qeyd olunur.
M.Sandu söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Çərşənbə günü Sandu, həmçinin Avropa Birliyi, ABŞ, Rusiya və Rumıniya səfirləri ilə də görüşlər keçirib.
Tarix: 19-11-2020, 10:45
Xəbəri paylaş



Xəbər lenti