Ərgün Dilər“Takvim”, Türkiyə, 17 noyabr 2020-ci il Co Baydenin ABŞ prezidenti seçilməsi inanılmaz sürətlə hər bir paytaxta təsir etməkdədir. Bunu Türkiyədə də, İngiltərədə də, Rusiyada da görmək heç də çətin deyil.
Yeni sistem qurulacaq. Hər kəs özünü buna görə formatlayır. Hazırda görünən tablo belədir. Dəyişikliklər, gələcək və gedəcək olanlar – hamısı bunun üçündür. Belə görünür ki, Baydenin gəlişilə birlikdə bir çox şey təməldən sarsılacaqdır.
Tramp Ağ Evə gələn zaman onu ilk ziyarət edən
İngiltərə Baş naziri Tereza Mey oldu. Vaşinqton ziyarətini tamamlayan kimi, təyyarəyə minən
Mey Londona qayıtmaq yerinə, Ankaraya gəldi. Bu bizə Vaşinqton-Ankara-London oxunun qurulduğunu anladırdı. Ağ Evdə Tereza Meyi çox isti qarşılayan Tramp fotoşəkillərdə səmimi görünürdü. İngilis mediası isə bunları
“Əl-ələ, xoşbəxt ikili”, “Əlini tutmaq istəyirəm” və
“Ağ Evdə eşq” kimi başlıqlarla manşetlərdə verirdi.
Bəli, Tereza Mey Vaşinqtondan birbaşa Ankaraya gəldi.
Bunun səbəbi bir neçə gün sonra Almaniya Baş naziri Merkelin Türkyəyə gəlməsinin planlaşdırılması idi. Yəni,
Mey sırada önə keçmək istəyirdi. O ziyarətdən sonrakı dövrə baxılarsa, Türkiyə-Almaniya münasibətlərində gərginlik yaradan çox hadisənin olduğu görünər.
Prezident Tramp isə “Brexit” haqqında qərarı sonadək dəstəklədi. Üstəlik, Almaniyanı
AB-dən bir alət kimi istifadə etməkdə ittiham edərək,
“Hələ çox ölkə AB-dən ayrılacaq” deyirdi. Özü də bunları Almaniyanın
“Bild” qəzetinə söyləyirdi.
Tramp prezident seçilir, Ağ Evə gəlir və İngiltərə-Türkiyə-Çin xətti üzərindən böyük siyasət yürüdəcəyini elan edirdi.
Buna ABŞ daxilində də etiraz edənlər vardı. Bu etiraz 2017-ci ilin mayında, yəni Tereza Meyin Ağ Evi ziyarət etməsindən 3 ay sonra özünü göstərdi. İngiltərənin şimali-qərbində yerləşən Mançester şəhəri bombalarla sarsıldı.
Ariana Qrandenin
“Manchester Arena”-da verdiyi konsert qana bulandı. 21 min adamın olduğu salon bombaların təsirindən titrədi, 22 adam həyatını itirdi, 59 nəfər də yaralandı. Ümumi açıqlamalar verildi və hadisə
“terror hücumu” olaraq qeyd edildi. Halbuki
bu, Trampın Tereza Mey vasitəsilə quracağı dünyaya etiraz idi. İngiltərə daxilində
“Brexit”-i istəyənlər olsa da, qarşı çıxanlar da var idi. Tramp prezident olduqdan sonra İngiltərə qeyri-adi formada terrorla tanış olurdu.
2017-ci ildə 5 böyük terror hadisəsi baş verdi.
Mart ayında edilən ilk hücum parlamenti hədəf aldı. Hücum edən
Halid Mesut adlı şəxs kirayə etdiyi avtomobili
Vestminster körpüsündə piyadaların üstünə sürdü. 4 nəfərin ölümünə səbəb oldu. Parlament binasına girməyə çalışan bu şəxs əlindəki bıçaqla bir polisi öldürdü. Nəhayət, vurularaq neytrallaşdırıldı.
Mey bu işlə ciddi məşğul olacağını açıqlayarkən, Mançesterə terror hücumu təşkil edildi. 10 gün sonra da ağ bir mikroavtobus London körpüsündə piyadaların arasına girdi. Sonra maşından çıxan 3 təcavüzkar əyləncə mərkəzinə yönələrək əllərindəki bıçaqla qarşılarına çıxan insanlara hücum etdilər, 8 nəfəri öldürüb, 48-ni də yaraladılar. Polis tərəfindən vuruldular. Hadisə yalnız İngiltərədə deyil, bütün Avropada qorxuya səbəb oldu.
Təhqiqat davam edərkən, London yeni bir hücumla sarsıldı.
“Finsbury Park” məscidində namazdan çıxan kütlənin arasına girən mikroavtobus dəhşət saçdı. Bu dəfə təcavüzkar müsəlman və mühacir deyil, ağ bir ingilis idi.
Görünür, Meyin Trampı ziyarət etməsi bəzi mərkəzləri çox narahat etmişdi…“Brexit” Devid Kameronu apardı. Parlamentdən çıxarıla bilməyən
“Brexit” qərarı Meyi də qırağa qoydu. Yerinə isə Trampın ən yaxşı anlaşdığı şəxs olan
Boris Conson gəldi. Conson hələ 2017-ci ildə, yəni terror hücumlarının olduğu ildə Xarici işlər naziri olaraq
şahzadə Endryu ilə birlikdə
“Dadlı Dil Forumu” üçün Antalyaya gəlmişdi. Və bunları söyləmişdi:
“Mənim AB-dən çıxmağı istəməyimin səbəblərindən biri Birləşmiş Krallığın xarici siyasətimizin üfüqlərini genişləndirməsini və Türkiyə daxil olmaqla, bütün dünyadakı dostlarımızla əlaqələrimizi gücləndirməsini istəməyimdir. Bu, bizim “Qlobal Britaniya” dediyimiz şeyin əsasını təşkil etməkdədir. Daha çox əlaqə içində olacağıq. Türkiyə, Birləşmiş Krallığın vazkeçilməz bir ortağı olmağa davam edəcəkdir. Qarşı-qarşıya olduğumuz ən ciddi problemlərin ön sıralarında siz varsınız…”Hələ bunun öncəsi də var idi. Məsələn,
İraqda türk-ingilis ortaqlığını görürdük.
“Genel Energy PLC” şirkəti Türkiyə-İngiltərə əməkdaşlığının kodlarını daşıyırdı.
Mehmet Emin Karamehmetlə
Mehmet Sepilin Şimali İraqdakı neft şirkəti
“Genel Energy” ilə İngiltərənin
“Vallares PLC” şirkəti birləşdi və
“Genel Energy PLC” adını aldı. Bu şirkət London Birjasında siyahıya düşən ilk türk şirkəti olaraq qeydə alındı. Bundan öncə Karamehmet,
“Pamukbank”-a görə çətinliyə düşmüşdü, uzaqlardan gələn dalğa nəticəsində zərər görmüşdü.
Türkiyə, dəfələrlə yazdığım kimi, davamlı olaraq İngiltərə və Almaniyanın təzyiqinə məruz qalırdı. İngiltərə ilə münasibətlər nisbətən daha dərin və qədim olsa da, almanlar burada geri addım atmırdı.
Mİ6-nın patronu
Riçard Murun Ankaraya gəlməsi pıçıltı ilə danışılırdı. Burada təəccüblü bir durum yoxdur.
Baydenin Ağ Evə gəlməsinin gözlənilməsi “Brexit” tərəfdarlarını gərginləşdirirdi. Çünki təzyiq də artmışdı. Moskvada olduğu kimi…Xatırlayırsınızsa, Boris Conson,
Obamanın Britaniyanın sabiq baş naziri
Uinston Çörçillin büstünü öz ofisindən çıxarmasından sonra demişdi ki,
“Babaları kenyalıdır. Sanıram ki, Böyük Britaniyadan xoşu gəlmir”.
İngiltərə şahzadəsi
Uilyam və həyat yoldaşı
Keyt də Kensinqton sarayında ABŞ prezidenti Obama və həyat yoldaşını qəbul etmişdi, ancaq yeməyə divardakı
“Zənci xidmətçi” tablosu damğa vurmuşdu.
Bayden də Obamanın müavini (vitse-prezident – tərc.) idi. Və Obama bu seçkidə, ən azı, Bayden qədər çalışmış, meydanlara çıxmış və Trampla mübarizə aparmışdır.
Mİ6-nın patronu Murun Ankaraya gəlməsi İngiltərənin Türkiyəni itirmək istəməməsinin göstəricisidir. Çünki İngiltərə üçün həyati əhəmiyyət daşıyan problemlər bu bölgədən başlayır.
Baydenin gəlməsilə birlikdə Almaniyanın önəm qazanması və önə çıxması da bir həqiqətdir. Bu balansa görə daxildəki müxalifət dozanı yüksəldəcəkdir.
Trampın dostu, Baydenin əleyhdarı olan Consonun 2-ci dəfə karantinə alınmasına da bu prizmadan baxmaqda fayda vardır. Covid-19-un onu 2-ci dəfə
“yoxlaması” maraqlı bir təsadüfdür.
Vaşinqton, Avropanı yanına alaraq, İngiltərənin qurmaq istədiyi “Qlobal Britaniya” tezisini bitirmək üçün çalışacaqdır. Daxili siyasət də bu kanal içində inkişaf edəcəkdir.
Ərdoğanla
Baxçalının Kipr ziyarətinə ABŞ və AB-nin eyni tonda reaksiya verməsi də yuxarıdakı hesaba daxildir.
Tərcümə Strateq.az-ındır
Tarix: 18-11-2020, 10:32