Rusiya postsovet məkanında Qərbə uduzur - ŞƏRH



Moldovada qərbyönümlü Maya Sandu mövcud prezident, Rusiyanın adamı kimi tanınan İqor Dodon özərində qələbə qazandı. Prezident seçkilərinin nəticələrini şərh edən siyasi müşahidəçilər hesab edir ki, Moldava başda olmaqla Qırğızıstan və Belarusda baş verən siyasi proseslər təsadüf deyil. Eləcə də Ermənistanda anti-rus meyillərinin güclənməsi Kremlin postsovet məkanında təsir gücünün azalması kimi şərh olunur. 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Xaqani Cəfərli bildirib ki, Moskva keçmiş SSRİ ölkələrində mövqelərini sürətlə itirir: 

"Bu gün prezident seçkilərində Avroatlantik inteqrasiya tərəfdarı Maya Sandunun qalib gəlməsi, Belarusda Aleksandr Lukaşenkoya qarşı etirazların tədricən anti-Rusiya xarakteri alması, qonşu Gürcüstanda NATO və Avropa Birliyinə sürətli inteqrasiya tərəfdarlarının son parlament seçkilərinin nəticələrini tanımayaraq, etiraz aksiyalarına start vermələri, Qırğızıstanda və bütüvlükdə Orta Asiyada baş verənlər Rusiyanın həyati əhəmiyyətli təsir zonası hesab etdiyi postsovet məkanında Moskvanın mövqelərinin sörətlə sarsıldığından xəbər verir. Artıq postsovet ölkələrinin sadə vətəndaşları Rusiyayönümlü siyasətçilərə dəstək vermirlər. Cənubi Qafqazda mövcudluğu Rusiyadan birbaşa asılı olan Ermənistanda belə qərbyönümlü siyasilər daha populyardır”.
Politoloqun sözlərinə görə, Rusiyanın postsovet məkanını əlində saxlamaq üçün istifadə etdiyi münaqişələr də əvvəlki qədər effektli deyil: 
"Rusiyanın Moldavada - separatçı Dnestryanı regionunda hərbi qüvvələrini saxlaması fonunda Maya Sandunun Dodon üzərində qələbəsi bunu deməyə əsas verir. Rusiya beynəlxalq təzyiqlərə baxmayaraq, hələlik qoşunlarını Moldavanın ərazisindən çıxarmaq niyyətində deyil. Yaxın gələcəkdə baş verə biləcəkləri proqnozlaşdırmaq çətin olsa da, proseslərin gedişi Rusiyanın geri addım ata biləcəyini göstərir”.
Politoloq Şahin Cəfərli də bildirir ki, Moldavadakı seçkilərinin nəticələri Rusiya üçün zərbə saymaq olar: 
"Rusiyanın Qərblə rəqabətdə qələbə qazanmaq ehtimalı yoxdur, amma rəsmi Moskva təzyiqlərə duruş gətirir və geri çəkilmir. Bu qədər münaqişə ocağını da əlində kozır kartı kimi saxlayır. Qərbə mesaj verir ki, mənsiz dünyada sülh, sabitlik olmaz, mənimlə hesablaşın, maraqlarımı nəzərə alın”.
Tarix: 16-11-2020, 20:09
Xəbəri paylaş



Xəbər lenti