Tehran kədərli baxışlarla qatarı yola salır


Tehran kədərli baxışlarla qatarı yola salır
İqor Pankratenko: “Tehran Bakı və Ankaranın imkanlarını düzgün qiymətləndirmədi və həll prosesindən kənarda qaldı”
 
Həm siyasi, həm də iqtisadi baxımdan Qarabağ münaqişəsi və onun nəticələri bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, bu nəticələr yalnız bölgədəki vəziyyəti deyil, bütövlükdə geopolitik konfiqurasiyanı dəyişdirir. Bu səbəbdən bu nəticələrin əhəmiyyəti bütün regional olan və olmayan oyunçulara təsir edəcək.
 
Bölgənin əsas oyunçularından biri də İrandır. Tehran Qarabağ müharibəsinin nəticələrini necə qəbul edir, mövcud durumdan məmnun, yoxsa narazıdır? AYNA-nın bu yöndə suallarını rusiyalı politoloq, Yaxın Şərq və İran üzrə ekspert İqor Pankratenko cavablandrıb.
Панкратенко Игорь Николаевич | ФедералПресс
- Sizin fikrinizcə, Tehran Qarabağ müharibəsinin nəticələrini necə qarşıladı?
 
- Son dərəcə təmkinli, hətta, dişlərini sıxaraq. İran tərəfi bölgədə baş verənlərin - Azərbaycanın hərbi-siyasi potensialının, dünyada isə Türkiyənin xarici siyasətində və iqtisadi potensialındakı dəyişikliklərin əhəmiyyətini düzgün qiymətləndirmədi. Nəticədə, hər zaman daha əhəmiyyətli mövqelərə iddia etdiyi həll prosesindən kənarda qaldı.
 
- Qarabağ razılaşması bir sıra iqtisadi layihələrin inkişafını da özündə ehtiva edir. İran onların bölgədəki maraqlarının pozulduğunu düşünmürmü?
 
- Onların özlərini necə hesab etmələri vacib deyil. Artıq onlar sonrakı proseslərdən kənarlaşdırıldılar və indi yalnız onlara mövcud vəziyyətlə barışaraq, yola düşən qatarı kədərli baxışlarla yola salmaq qalır.
 
Bildiyiniz kimiCo Bayden ABŞ-dakı prezident seçkilərində qalib gəldiSizcə, Tehran sanksiyaların qaldırılmasını və Obamanın kursunun davam etdirilməsini gözləyir?
 
- Dəfələrlə dediyim kimi, İranda bu məsələ ilə bağlı bir neçə fikir var - skeptiklərdən optimistlərə qədər. İndi İran quruluşunun fikri mühafizəkar “Sobh-e No” nəşrindən gətirilən sitata tam uyğundur: “Trampın məğlubiyyətinə sevinməliyik, amma Baydenin qələbəsinə sevinməməliyik. Trampsız bir dünya, şübhəsiz, yaşamaq üçün ən yaxşı yerdir. Buna baxmayaraq, Bayden də həm müstəmləkəçilik siyasətinin və həm də bütün dünyada ədalətsizliyin yaradılması siyasətinin bir hissəsidir. Baydenin qələbəsi - dəli bir düşmənin əvəzinə yalançı bir düşmənin meydana çıxmasıdır. Trampın məğlubiyyətinə sevinməklə yanaşı, demokratların aldatmasına hazırlaşmalıyıq”.
Tarix: 15-11-2020, 21:42
Xəbəri paylaş



Xəbər lenti