“Yuxulu Co” “Yalançı Hillari”ni irəli çəkir - BMT-də daimi nümayəndə olacaq



Amerika Birləşmiş Ştatlarının (ABŞ) seçilmiş prezidenti Co Bayden ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonu Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndə vəzifəsinə təyin etməyi planlayır. Bu barədə özəl mənbələrinə istinadla «Vaşinqton Post» qəzeti xəbər verib.
Qəzetin yazdığı kimi, beləliklə, Bayden prezident seçkilərinin nəticələrinə görə, qələbə çalacağı təqdirdə «administrasiyasında bu postun əhəmiyyətini belə qeyd edəcək».
Bundan əvvəl “Nyu-York Tayms” qəzeti yazmışdı ki, Bayden administrasiyası dövründə Dövlət Depatamentinə ABŞ-ın Rusiyadkı sabiq səfiri Uilyam Byörns başçılıq edə bilər.
Qeyd edilməlidir ki, 77 yaşlı Co Bayden qocalıq demensiyası mərəzindən əziyyət çəkir - doğmalarının, tanışlarının adların unudur, ölkələrin adlarını qarışdırır və tez-tez yersiz danışır. Buna görə ABŞ prezidenti Donald Tramp onu «Yuxulu Co» adlandırıb.
O, 73 yaşlı Hillari Klintona da ayama fikiləşib və onu «Yalançı Hillari» adlandırıb.
Yuxulu ilə Yalançı - deyəsən, Amerikanın «gələcəyi parlaqdır»…
AzPolitika.info
Tarix: 14-11-2020, 08:52
Xəbəri paylaş



Xəbər lenti