“Mümkündür ki, ABŞ və Çin arasında hərbi toqquşma baş versin” – “Zaman dalğaları artıq başımız üzərində qovuşur”



Biz, tarixin sərt inkişafı dövrünü yaşayırıq - birbaşa gözlərimiz qarşısında köhnə dünya parçalanır, bəşəriyyətin artıq yaşadığı bu dövr hələlik öyrənilməyib və dərk olunmayıb. Rusiyalı yazıçı-futuroloq Andrey Stolyarovun fikrincə, bu, Yer planetini xaosla və ən yaxşı halda lokal müharibələrlə təhdid edir. Yazıçı ilə həmin mövzuda müsahibəni oxucuların müzakirəsinə təqdim edirik.
- Andrey Mixayloviç, sizin elə təsəvvürünüz varmı ki, biz lap indicə bəşəriyyətin min ildə bir dəfə, ola bilsin ki, daha uzun dövr ərzində keçdiyi hansısa bir hüdudu keçmişik?
- Əlbəttə, var. Biz hamımız böyük tranzit dövründə yaşayırıq. Bu, ona dəlalət edir ki, bütün dünya parçalanır. Və onun parçaları arasından tamam fərqli sivilizasiya peyzajı görsənir. Biz, bu peyzajı tanımırıq, həm də bilmirik ki, orada necə yaşayaq. Belə proses artıq tarixdə dəfələrlə olub. Məsələn, böyük Roma imperiyası dağılan zaman, antiklik çökən zaman, Reformasiya dövründə antik dünya parçalanan zaman. Və iki dünya müharibələri zamanı, katolik kapitalizmin dağıldığı zaman. Yəni bu, yeni proses deyil. Bu, gələcəyin hücumu prosesidir. Bəşəriyyət hələ belə nəhəng transformasiyaları idarə etməyi öyrənməyib, odur ki, müəyyən vaxtdan-vaxta o, xaosa qərq olur.
- Müharibə olacaq?
- Şübhəsiz, lokal müharibələr olacaq. Sadəcə ona görə ki, dünyanın bölüşdürülməsi gedir. Diqqət yetirin, indi nə qədər sesesiyalar var. Heç kim digərləri ilə yaşamaq istəmir, hamı öz mənzilinə qaçır. Bu proses böyük silkələnmələrlə müşayiət olunur. Axı bu, təkcə Azərbaycan və Ermənistan deyil. Çökmə zonasında Belçika var ki, orada vallonlar və flamandlar bir-biri ilə birgə yaşaya bilmirlər. İngiltərədən yaxın vaxtlarda Şotlandiya və Uels ayrılacaq. Korsika Fransadan, Donbas və Krım Ukraynadan qopacaq. Bütün bunlar - dünyanın parçalanmasının kabuslarıdır.
- Siz, yalnız lokal müharibələrdən danışırsınız…
- Bəli, ümid edirəm ki, bizim ağlımız çatacaq ki, qlobal müharibəyə yol verməyək. Amma mümkündür ki, ABŞ və Çin arasında çox ciddi hərbi toqquşma baş versin.
- Görünür, atıq, təəssüf ki, etiraf etmək lazımdır - ABŞ daxilindəki hadisələr dünyanın qalan yerlərinə neqativ təsir göstərir. Məsələn, Türkiyə Amerikaya qulaq asmır. Bu, qalan bütün «üsyançılara», separatçılara bir siqnal deyilmi?
- Bəli, dünya idarəetməni itirib. Əgər əvvəllər heç olmasa, hansısa formada razılığa gəlmək olurdusa, indi razılaşmağa kimsə yoxdur, heç nə barədə razılaşmaq mümkün deyil. İstənilən razılaşma o saatca pozulur. Bax, bu, elə dünyaın paçalanmasıdır. Heç bir yaşam qaydası yoxdur. İndi hər kəs istədiyi kimi oynayır. Bu, xaosdur - kakofoniyadır. Dünya siyasəti kakofoniyaya çevrilib. Buradan da çox ciddi nəticələr doğa bilər.
- Bəlkə, elə «kitlər» tapılacaq ki, dünyanı xaosun ağuşuna yuvarlanmaqdan dayandıracaq? Məsələn, Çin, İran, Rusiya, bəlkə də Hindistan?
- Sabitləşdirici amillər hələlik görsənmir, çünki hər bir dünya gücü bu xaosdan öz gəlirini götürməyə cəhd edir və qalan dünyaya fikir vermir.
- Bu da görünür, ən pisidir?
- Bəli, bu, da dünyanın başına gələ biləcəklərin ən pisidir. Hər kəs özü üçün çalışır və heç kim hamı üçün çalışmaq istəmir.
- Sizcə, ABŞ-dakı münaqişələr nə ilə sonuclanacaq? Bəlkə orada eyni vaxtda iki prezident işləyəcək - bu barədə artıq bəziləri zarafat edirlər…
- Biliriniz, mən hesab edirəm ki, ABŞ necə olsa da bu mərhələni adlayacaq. Onların tarixində 2000-ci ildə analoji hadisə olub. O zaman elə indiki kimi ata Corc Buşla Adbert Qor kəllə-kəlləyə gəlib. O vaxt da səsləri yenidən saymaq lazım gəlmişdi, çünki fərq minimum idi. Çoxsaylı məhkəmə çəkişmələri və qalmaqallar olmuşdu. Ancaq onlar bunu tənzimləyə bildilər. Baxmayaraq ki, onlar da tədricən xaosa yuvarlanırlar.
- Və ata-Buşun dövründə koronavirus yox idi…
- Bəli, o vaxt koronavirus yox idi. Qaradərililərin üsyanı da… yox idi. Və heç bir idarəedici və ya sabitləşdirici mexanizm də.
- Yeri gəlmişkən, bir çox filosoflar hesab edilər ki, nizam-intizam durğunluqdur, xaos isə yeni mahiyyət qazandıra bilər.
- Mən, durğunluq barədə danışmram. Şübhəsiz, istənilən nizam-intizam durğunluğa transformasya olunur. Mən, dinamik, indiyə qədər mövcud olmuş idarə olunan inkişafdan danışıram…/AzPoitika.info/

Tarix: 13-11-2020, 21:40
Xəbəri paylaş



Xəbər lenti