Tbilisidə izdihamlı mitinq keçirildi



Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” Partiyası və “Birləşmiş Müxalifət” Birliyi oktyabrın 29-da paytaxt Tbilisidə “Bidzina ilə vidalaşaq!” şüarı altında kütləvi aksiya keçiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiya şəhərin Respublika meydanından Azadlıq meydanına doğru yürüşlə başlayıb.
Azadlıq meydanında parlament seçkiləri öncəsi keçirilən son mitinqə müxalifətin bölgələrdən olan minlərlə tərəfdarları da qoşulub.
Mitinqdə çıxış edənlər bildiriblər ki, aksiya hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının rəhbəri Bidzina İvanişviliyə xəbərdarlıq məqsədi daşıyır.
Onlar seçkilərin nəticələrinin saxtalaşdırılacağı halda paytaxtda və ölkənin bütün regionlarında daha izdihamlı aksiyaların keçiriləcəyini bildiriblər.
Aksiyada tibbi maskadan istifadə olunub və sosial məsafə qaydalarına qismən əməl edilib.

Tarix: 30-10-2020, 07:26
Xəbəri paylaş



Xəbər lenti