Zülmə susan “islam” ölkələri: “Onlar üçün heç bir müqəddəslik qalmayıb”


Zülmə susan “islam” ölkələri: “Onlar üçün heç bir müqəddəslik qalmayıb”

Fransada islamofobiya güclənib.
Oktyabrın 16-da bir müəllimin başının kəsilərək öldürülməsindən sonra ölkə siyasətçilərinin böyük hissəsi İslam və müsəlmanları hədəf alan açıqlamalar verib. Cinayəti müsəlman inanclı şəxsin törətdiyi iddia olunub. Bir müddət əvvəl isə Fransanın Daxili İşlər naziri Jerald Darmanen Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz məzmunlu karikaturaların ölkədə yayımlanacağını, məktəb dərslərində göstərilə biləcəyini və bazarlarda halal qida məhsulları üçün xüsusi bölmələrdən narahat olduğunu deyib.
Lakin bununla bağlı olaraq, müsəlman ölkələri dövlət səviyyəsində Fransaya etirazını bildirmir.
Müsəlman ölkələri bu cür həssas məsələdə susmağa vadar edən nədir? Onlar öz susqunluqlarına qısa zaman ərzində son qoya bilərlərmi?
Bu barədə Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, bunun səbəbi həmin müsəlman ölkələrinin Qərb ölkələri qarşısında "gözükölgəli" olmasıdır:
"Karikatura məsələsi bir neçə il öncə də meydana çıxmışdı. Türkiyə buna etirazını bildirib. Amma etiraz edən ölkələr çox azdır. Etiraz etməyən ölkələr vaxtilə Qərbin, karikatura çəkən ölkələrin müstəmləkəsi olub. Elə indi də onların təsiri altında olan dövlətlərdir. Həmin müsəlman ölkələri Qərbin yanında gözükölgəlidir ki, artıq onlar üçün heç bir müqəddəslik qalmayıb. Ona görə də etiraz etmirlər. Bəziləri isə bunun əhəmiyyətsiz olduğunu düşünürlər. Yəni hesab edirlər ki, bu karikatura peyğəmbərin təhqir olunmasına tutarlı əsas deyil. Etiraz etməyənlərin Qərb ölkələri ilə bilinən və bilinməyən müqavilələri, siyasi və iqtisadi əlaqələri var. Bir sözlə, həmin müsəlman ölkələri çəkinirlər. Amma mütləq bununla bağlı müsəlman ölkələri  bəyanat yaymalıdır. Düşünürəm ki, belə ölkələr var. Ancaq bəzi müsəlman ölkələri arasındakı ixtilafların, birliyə, vahid mövqeyə gəlməmələri məsələsi var. Və bu amillər həmin məsələlərə qarşı birgə bəyanat yaymasına əngəl olur. Yenə də belə hesab edirəm ki, bu məsələ uzansa, müsəlman ölkələri kəskin etirazlarını bildirəcəklər".
Tarix: 29-10-2020, 15:14
Xəbəri paylaş



Xəbər lenti