Həbub Nurməhəmmədov Makrona Quran ayəsi ilə xəbərdarlıq etdi...






Amerikalı “MMA” döyüşçüsü Castin Getji üzərində qələbə qazandıqdan sonra vətəni Dağıstana qayıdan  “UFC” çempionu, müsəlman oğlu  Həbib Nurməhəmmədov Məhəmməd Peyğəmbər əleyhissəlamın ləyaqətinə qəsd edən insanlara, o cümlədən  Fransa prezidenti Emmanuel Makrona kəskin müraciət edib. 

Moderator.az xəbər verir ki, Həbibin “Instagram” səhifəsindəki yazı daha əvvəl cəmiyyətdə hiddət dalğasına səbəb olan "söz azadlığı"  adı altında Məhəmməd Peyğəmbərin(s) karikatiralarının  nəşrini dəstəkləyənlər ətrafında yaşanan qalmaqalın fonunda ortaya çıxıb. Bir neçə müsəlman dövləti Fransız mallarına embarqo tətbiq edib. 

Dünya şöhrətli idmançı baş verənləri Quranın “Kövsər” surəsinin 108-ci ayəsinin mənasını izah edən təfsiri ilə  şərh edib. Sitatda Peyğəmbərimizin(s)  ləyaqətini ləkələmək və ya aşağılamaq cəhdlərinin bunu edənlər üçün yaxşı heç bir nəticəyə səbəb olmayacağı, onların zərərkənlərdən olacağı deyilir. 
Tarix: 29-10-2020, 07:38
Xəbəri paylaş



Xəbər lenti