"Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun".Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Daniyelyan öz Feysbuk səhifəsində paylaşıb.
“Hər şey suallarda deyilib. Cavablarda sadəcə erməni hökumətinin siyasi kasadlığı var. Onlar bizim iki il ərzində verdiyimiz sualları verirlər. İki il ərzində istənilən ağıl hərəkəti bloklanıb. Biz buna görə böyük dəyər ödəyirik”, – deyə o bildirib.
Daniyelyan Ermənistanın bu siyasi primitivizm və dəlilikdən çıxmalı olduğunu deyib.
O, Ermənistanı ağır dönəmin gözlədiyini bildirib.
Tarix: 24-10-2020, 20:27