Suriyada Rusiyanın özəl hərbi şirkətinin döyüşçülərində Hitler ordusunun nişanları aşkar edilib



Rusiyanın Suriyada fəaliyyət göstərən özəl hərbi şirkətinə mənsub döyüşçülərə komandanlıq edən şəxsin Almaniyada Hitler ordusunun (Vermaxt) baş geyimindən istifadə etdiyi görünüb.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə “Opasnıy frukt” telegram-kanalı məlumat yayıb.

Həmin silahlı şəxslərin “Vaqner” ÖHŞ-nin tərkibində vuruşduqları ortaya çıxıb. Onların arasında hərbi papağında Üçüncü Reyxə aid olan (faşist Almaniyası-red.), dırnaqlarında svastika tutan qartalı əks etdirən simvol olduğu görünən şəxs diqqət cəlb edir.

Qeyd edək ki, bu ilin avqustunda “Bellingcat”, “The Insider” və “Der Spiegel” saytlarının araşdırmaçıları “Vaqner”in rəhbərlərinin kimliklərini müəyyənləşdirmişdilər. Qərb mətbuatının iddiasına görə, özəl hərbi şirkətə Kremlə yaxın iş adamı Yevgeni Priqojin kuratorluq edir.

Şirkətin komandanları isə polkovnik Dmitri Utkin və “Konvoy” adlı hərbi təhlükəsizlik firmasının baş direktoru Konstantin Pikalovdur.
Tarix: 20-10-2020, 20:45
Xəbəri paylaş



Xəbər lenti