Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı atəşin dayandırılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.
Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib
Pompeo həmçinin bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın möhkəmlənməsini təmin edir.
"Biz hər iki ölkəni atəşkəsə dair razılaşdırılmış öhdəlikləri yerinə yetirməyə və yaşayış rayonlarına zərbələri dayandırmağa çağırırıq", - Pompeo jurnalistlərə bildirib.
Tarix: 14-10-2020, 21:36