Rus kanalında müzakirə: İrəvan Moskvaya tüpürdü…



Rusiya Paşinyan Ermənistanına kömək etməyəcək. Bu bir faktdır. Artıq bunu nəsə qəribə bir hal kimi qələmə verməyə ehtiyac yoxdur.
Neqativ.com axar.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində erməni mənşəli rusiyalı politoloq Sergey Kurginyan bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə Rusiyanın milli maraqlarının hansı yöndə olduğu sualı vermək lazımdır.
“Rusiya heç vaxt Amerika yönümlü, Qərbə meyilli Ermənistanı dəstəkləməyəcək. Ermənistanda baş verənlər, yəni “narıncı inqilab” və bütün digər ziqzaqvarı hadisələr – Robert Köçəryanın başına gətirilənlər Moskvaya tüpürmək kimi qələmə verilməlidir. İrəvan Moskvaya tüpürdü və üzr də istəmədi”, – deyə o əlavə edib.
Tarix: 13-10-2020, 20:32
Xəbəri paylaş



Xəbər lenti