Ermənipərəst rus jurnalist, radio və televiziya aparıcısı Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı hədə ilə çıxış edib.
Moderator.az xəbər verir ki, üzdəniraq jurnalist "SolovyovLIVE” proqramının efirində oktyabrın 10-da humanitar atəşkəs barədə Moskva razılaşmasından sonra guya “Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi, Xocavənd və Şuşa şəhərlərini atəşə tutması” barədə saxta erməni xəbərlərinə münasibət bildirərkən Azərbaycan tərəfini dolayısıyla Rusiya ordusunun məsələyə müdaxiləsi ilə hədələyib.
"Yaxşı. Lavrovu eşitmək istəmirlər, onda Şoyquya qulaq asmalı olacaqlar"-deyə türkofob aparıcı bildirib.
Sultan Laçın
Tarix: 11-10-2020, 09:42