PUTİN-LUKAŞENKO TANQOSU:Rusiya prezidentinin "ehtiyat qüvvələr"i Belarusa müdaxilə edəcəkmi?


Dmitri Oreşkin
“Project Sindicate”, 04.09.2020
 
Rusiya prezidenti Vladimir Putinin Belarusdakı kütləvi etirazlarla bağlı açıqlamaları eyni anda həm kəskin, həm də birmənalı deyildi. Məsələn, Belarusa potensial müdaxilə üçün “hüquq-mühafizə ehtiyatı” hazırlandığını söyləyib. Ancaq bu, yol polisləri və nümayişləri dağıdan polislərdən tutmuş Federal Təhlükəsizlik Xidməti (FSB) və “Rosqvardiya” kimi ağır silahlı hərbi birləşmələrə qədər çox şeyi nəzərdə tuta bilər.
Həqiqətən, hansı şərtlər Rusiyanı müdaxilə etməyə təşviq edə bilər?
Putin deyir ki, “ehtiyat qüvvə vəziyyət nəzarətdən çıxmağa başlayana qədər istifadə olunmayacaq”.
Bəs buna kim qərar verir?
Səlahiyyət Belarus diktatoru Aleksandr Lukaşenkoya aiddirsə, Putin Kremlin yalnız “respublikanın qanuni seçilmiş prezidentinin tələbi ilə” hərəkət edəcəyini söyləyə bilər. Axı Sovet İttifaqı 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyadakı hərbi müdaxilələrini məhz belə əsaslandırıb.
Ancaq Putin bu mövzuda bir şey söyləməyib. Əslində, o, açıqlamaları ilə Belarusdakı siyasi proseslərə Lukaşenkonun deyil, özünün rəhbərlik etməli olduğunu düşünür. Bu, Lukaşenkonu bir paradoksla qarşılaşdırıb: hərbi dəstək üçün Putinə müraciət etməkdənsə, devrilmək riski daha yaxşı olardı.
Lukaşenko başa düşür ki, Belarusda hakimiyyət gücə güvəndiyinə görə o, ən çox süngüyə əmr edənə aiddir. Əgər başqasına sadiq olan çox sayda süngü görünsə, Lukaşenko Putinin kuklasına çevrilə və hakimiyyətdən təsirli şəkildə uzaqlaşdırıla bilər. Bu, Kremlin işinə yarayacaq, Lukaşenkonun deyil. Onun nəzər nöqtəsinə görə, dinc etirazçılar silahlı rus qoşunlarından daha az təhlükə törədir.
Aleksandr Lukaşenko, böyük ehtimalla, Rusiya ilə münasibətlərdə sınanmış strategiyasına etibar edəcək. Əsrlər boyu davam edən geosiyasi əlaqələrini vurğulayaraq şərq qonşusu ilə sıx əlaqədə qalmaq niyyətini bildirəcək (baxmayaraq ki, bu münasibətlər sona çatma tarixini çoxdan keçib). Sonra öhdəliklərin elan edilməsi müqabilində siyasi və maliyyə dəstəyi axtaracaq.
Onsuz da Kreml Lukaşenkonun uzun müddətdir davam edən neft və qaz borcunu yenidən hesablamağa hazır olduğunu açıqlayıb. Ancaq köhnə borcların silinməsi Lukaşenkonun ehtiyac duyduğu yeni fondlar demək deyil. Beləliklə, o, daxili vəziyyəti bir qədər sabitləşdirməyə ümid edir ki, bundan sonra Kremli şantaj edə bilsin. Borcu ödəmək yerinə, Kremlin, həqiqətən də, Belarusun NATO-ya qarşı strateji bufer rolunu dəstəkləmək üçün ona daha çox vəsait göndərməli olduğu fikrini müdafiə edəcək.
Bununla belə, NATO-nun təcavüzü təhlükəsi getdikcə blef halına gəlib və bunu həm Lukaşenko, həm də Putin bilir. Artan sayda vətəndaş, xüsusən, 50 yaşınadək olan İnternet istifadəçiləri, əvvəlki nəsillərdən fərqli olaraq, Lukaşenkonun “NATO qoşunları astanamızdadır, ölkəmizin qərb sərhədlərində hərbi gücü artırırlar” çağırışlarına inanmır.
Buna baxmayaraq, bu ritorika həm Putinin, həm də Lukaşenkonun maraqlarına uyğundur. Güman edilən Qərb təhdidi onlara uzun müddətli hökmlərini əsaslandırmağa imkan verir. Putinin motivasiyası şəffafdır. Uzun siyasi karyerası boyunca, hər biri kiçik, qələbə kimi görünən hərbi kampaniyadan sonra populyarlıq partlayışından istifadə edib: 2000-ci ildə Çeçenistanda, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada. Bu rekord göstəricilər təəccüblü deyil. Ruslara Rusiyanın böyüklüyünü göstərən daha bir parlaq obyekt təklif edərək, Putin eyni oyunu Belarusda oynamağa çalışacaq.
Üstəlik, Putin, şübhəsiz ki, Lukaşenkonun keçən il Rusiya ilə daha dərin inteqrasiyadan imtina etməsindən sonra qisas anı axtarır. O vaxt Putin 2024-cü il müddətinə görə narahat idi və Belarusla Rusiyanı “yeni” bir ölkədə birləşdirərək saatı yenidən quracağına ümid edirdi. Ancaq Lukaşenko belə bir qurban verməyə hazır deyil.
Putin ən azı 2036-cı ilə qədər hakimiyyətini davam etdirməsi üçün “ümumxalq səsverməsi” keçirib. İndi Lukaşenkonu alçaltmaq və cəzalandırmaq istəyər.
Lukaşenko da vəziyyəti öz lehinə dəyişməyə çalışır. Putinin “ehtiyat” barədə açıqlaması yalnız o və Avropadakı siyasətçilərin marağını doğurmayıb. Minsk və digər Belarus şəhərlərinin küçələrində etirazçılar təkcə diktatoru zəiflətmək riski ilə üzləşmir, həm də onu daha güclü, daha amansız bir diktatorla əvəz etməklə. Hadisələr mənfi istiqamətdə ciddi bir dönüş alarsa, bu, hərbi qarşıdurma ilə nəticələnə bilər.
Ancaq daha çox ehtimal olunan ssenari budur ki, Belarus təhlükəsizlik qüvvələri nümayişləri yatırmağa çalışacaq və Lukaşenko, Putinin 2014-cü ildə Krımı işğal edib sonra ilhaq etməsində olduğu kimi, “kiçik yaşıl adamlar” göndərmək üçün Putinin sərtliyinə müqavimət göstərəcək.
Putin, əlində çubuq və cibində kökə olmadığı təqdirdə, Lukaşenko ilə danışıqların mənasızlığını bilir. Kremlin bir neçə iqtisadi kartı olduğu üçün Rusiyanın Belarusa müdaxiləsi hələlik ciddi şəkildə söz olaraq qalacaq.
Tərcümə: Strateq.az
Tarix: 8-09-2020, 20:32
Xəbəri paylaş



Xəbər lenti