Pepe Escobar“Asia Times”“Düşünürlər ki, bu, bir hücum idi – yəqin ki, məndən daha yaxşı bilirlər” – ABŞ prezidenti Donald Tramp partlayışdan dərhal sonra əlaqə saxladığı ABŞ ordusundakı bəzi generallara işarə etdi. Beləliklə, Tramp bu sözlərlə məxfi məlumatları açıqladı, yoxsa sadəcə başqa bir əsassız polemikanın altına imza atdı?Casus romanlarının yazıçısı hesab olunan Con Li Kerrinin müəyyən casus obrazların canlandırıldığı kitablarında hadisələrin baş vermə məkanı və casusların yaşadığı yer kimi Livanın göstərilməsi bir həqiqətdir – səudiyyəli müxbirlər, Mossad agentləri, “mülayim üsyançılar”, Hizbullah, ərəb sülalələri və qanunsuz qaçaqmalçılar. Digər tərəfdən, Beyrut Suriya və İranla birlikdə İsrailin əsas fəaliyyət sahəsi və daimi hədəflərindən biridir.Ammonium nitratTəhlükəsizlik ölkənin təbii iqtisadi mərkəzi olan Beyrut Limanında, təbii ki, ən vacib prioritet hesab edilməlidir. Ancaq gəlin, indi Roman Polanskinin 1974-cü ildə çəkilən
“Çin məhəlləsi” filmində işlənən
“Unut getsin, Cek. Onsuz da bura Beyrutdur” ifadəsini xatırlayaq.
Hekayəsi hər kəsi maraqlandıran 2750 ton ammonium nitrat Gürcüstanın Batumi limanından Mozambikə gedən, ancaq üzərində Moldova bayrağı olan “Rhosus” adlı gəmi vasitəsilə 2013-cü ilin iyul ayında Beyruta çatıb. Livanın təhlükəsizlik işçiləri Beyrut limanına gələn bu gəmini nəzarətə götürüblər. Daha sonra niyəsə bu gəmi içində daşıdığı mallara “marağını itirən” və onu satmağa belə çalışmayan, Kiprdə yaşayan
rusəsilli biznesmen İvan Qreçuski tərəfindən tərk edilib.
Yüksək dərəcədə sabit bir maddə olan ammonium nitrat mədən işində istifadə edilən ən təhlükəsiz partlayıcı maddələrdən biridir. Normal şəraitdə adi bir yanğın belə, partlayışa səbəb ola bilməzdi.
Maddə yalnız neftlə qarışdırıldıqda və ya kimyəvi dəyişikliklərə məruz qalmaq üçün kifayət qədər qızdırıldıqda partlayır.Bu vəziyyətdə oksigen təhlükəli səviyyələrə yüksələ və alovlanma partlayışa səbəb ola bilər.
Bəs maddənin saxlanıldığı 12-ci anqar niyə yeddi illik “yuxu”dan sonra qəfildən partladı?“Silah anbarı” iddiasıSilah anbarlarında partlayış baş verdikdə, ilkin olaraq qabaqcıl bir partlama baş verir, ardınca günlərlə davam edə biləcək müxtəlif diametrli partlayışlar gəlir. Beyrutda isə belə deyildi. İlk partlayışın ardınca böyük ikinci partlayış, daha sonra kimyəvi partlayış və ardından səssizlik baş verdi.
İ
srail rəsmiləri partlayış yerində Hizbullaha məxsus silah anbarının olmadığını söyləyib. Yəni, ammonium nitratın real alıcıları Hələbdəki “Əl Kindi” xəstəxanasını məhv edən intihar maşınlarını təchiz etmək üçün maddəni istifadə edən xüsusi qruplar ola bilərdimi?Hədəf – Livanı ac saxlamaqTrampın ifadəsi ilə desək, Livana edilən hücum ölkənin əsas ticarət mənbəyi hesab edilən limanla birlikdə, həm də Livanın əsas
taxıl anbarını da məhv etdi. Bu, Livana qarşı aclıq strategiyasının varlığına işarə edir, hansı ki, həmin gün Livan qida baxımından böyük ölçüdə Suriyadan asılı vəziyyətə düşdü. Hal-hazırda isə bununla yalnız 1 aylıq ehtiyacını ödəyə bilər. Digər tərəfdən, ABŞ Suriyanın taxıl siloslarına hücum edib.
Suriya böyük üzvi buğda ixracatçısıdır. Buna görə ABŞ müntəzəm olaraq, Suriya siloslarını hədəf alır və məhsullarını yandırır. Bununla Suriyanı aclığa məcbur edir və artıq sərt sanksiyalar altında Dəməşqi ərzaq almaq üçün lazım olan vəsaiti xərcləməyə məcbur edir.Livan üçün A planıİlk baxışdan Beyrut partlayışı Beyrut Limanını Cənub-Qərbi Asiyanın
“Bir kəmər, bir yol” dəhlizinin təməl daşı olaraq görən Çinin bu təşəbbüsü üçün ölümcül bir zərbə sayıla bilər. Ancaq bu, çox güman ki, pis nəticə verəcək. Çünki Çin və İran BVF-nin (Beynəlxalq Valyuta Fondu) əsas işbilənləri ilə kəskin ziddiyyət içərisindədirlər və bir neçə gün əvvəl Hizbullahın lideri Həsən Nəsrullahın dediyi kimi, partlayışdan sonra artıq potensial investor kimi güclü mövqe tuturlar.
ABŞ – Fransa – Səudiyyə Ərəbistanı həlqəsinin maraqlarına zidd olaraq, Livan üçün “A Planı” tədricən ABŞ-Fransa hökmranlığından çıxacaq və birbaşa “Bir kəmər, bir yol” layihəsinə, hətta Şanxay Əməkdaşlıq Təşkilatına doğru yönələcək. Liman və dağıdılmış şəhərin böyük bir hissəsi də orta müddətli Çin sərmayələri ilə sürətli və peşəkar şəkildə yenidən qurula bilər.Tərcümə Strateq.az-ındır.
Tarix: 22-08-2020, 15:13