Kiyevdə səfirliklərin “minalandığı” xəbərini verən erməni həbs edildi



Ukraynanın hüquq mühafizə orqanları paytaxt Kiyevdəki ABŞ və Türkiyə səfirliklərinin yerləşdiyi binaya mina qoyulması barədə yalan məlumat vermiş 46 yaşlı Ermənistan vətəndaşını həbs ediblər.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Kiyev prokurorluğunun məlumatında bildirilir ki, avqustin 1-də mobil telefonla “102” xidmətinə iki dəfə zəng edən şəxs iki səfirliyin yerləşdiyi ünvanın “minalandığı” barədə saxta xəbər verib. Araşdırmalarmalardan sonra diplomatik nümayəndəliklərdə fövqəladə heç nə aşkarlanmayıb. Hüquq mühafizə orqanları araşdırma əməliyyat tədbirlərindən sonra saxta zəng müəllifinin şəxsiyyətini müəyyənləşdirə biliblər. Ermənistan vətəndaşını 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tarix: 19-08-2020, 07:53
Xəbəri paylaş



Xəbər lenti