Yunanıstan Türkiyə ilə mübahisəsini BMT məhkəməsində həll etmək istəyir –ARALIQ DƏNİZİNDƏKİ GƏRGİNLİK TUFANI HAAQAYA YÖNƏLİB


Co Snell
“Əl-Monitor”, 07.06.2020
 
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu həftə ölkəsi və Türkiyənin münaqişə edəcəyi təqdirdə, dəniz sərhəd mübahisəsini həll etmək üçün beynəlxalq məhkəmənin müdaxiləsini alqışlayacağını bildirib.
Çərşənbə günü təhlükəsizlik forumundakı bəyanatından sonra Misir və Yunanıstan arasında Aralıq dənizinin şərqində eksklüziv iqtisadi bölgəni təyin edən bir razılaşma imzalanıb.
Misirin xarici işlər naziri Samih Şukri bölgənin əhəmiyyətli neft və qaz ehtiyatlarına sahib olduğunu söyləyib.
Bu hərəkətlər, ABŞ-da da daxil olmaqla, tez bir zamanda beynəlxalq diqqəti cəlb edən böyüyən regional enerji müharibəsindəki payları artırıb.
Mitsotakis bildirib: “Mən türklərlə açıq danışdım və dünya ictimaiyyətinə də söylədim, əgər razılaşa bilmiriksə, məhkəməyə gedək. Haaqaya”.
Haaqa – 200-ə yaxın beynəlxalq hökumət təşkilatının, o cümlədən BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin, Beynəlxalq Cinayət Məhkəməsinin və Daimi Arbitraj Məhkəməsinin yerləşdiyi holland şəhəridir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dərhal bu bəyanatı qınayıb. “Yunanıstan-Misirin müqaviləsi hüquqi qüvvəyə malik deyil. Türkiyə və Kipr türklərinin haqlarını hər yerdə qəti şəkildə müdafiə etməyə davam edəcəyik”.
Hələ ötən ilin noyabr ayında Türkiyə ilə Liviyanın müvəqqəti Milli Birlik Hökuməti dəniz sərhədləri müqaviləsini imzalayıb. Saziş Aralıq dənizində iki ölkənin iqtisadi zonalarını ayıran 35 kilometrlik (18,6 mil) dəniz sərhədini müəyyənləşdirib.
“Bu hərəkət beynəlxalq səhnədə Şərqi Egeydə Yunanıstan və Kiprin suverenliyinə qarşı çıxma]a və bu ölkələrin sularında qazma işlərinə əsas verib”. Bunu Harvardın Kennedi adına Dövlət idarəçiliyi Məktəbinin beynəlxalq siyasət üzrə professoru Nikolas Barns deyib.
Mitsotakis noyabr müqaviləsinin etibarsız olduğunu vurğulayıb: “Saziş yunan adalarının eksklüziv iqtisadi bölgəsini tanımadığı üçün Yunanistanın suveren hüquqlarını açıq şəkildə pozur”.
Egey dənizi və Aralıq dənizinin enerji ehtiyatlarından onu kənarlaşdırdığınaa görə Türkiyə Yunanıstanı tənqid edib və türk gəmilərinin həmin sularda kəşfiyyat işlərinə başladığını bildirib.
Lakin missiyalar tədqiqat və kəşfiyyat işlərindən daha böyük məna ifadə edir, deyə Mitsotakis etiraz edib və Kiprin eksklüziv iqtisadi zonasında qanunsuz qazma işlərinə qarşı çıxıb.
Türkiyə ilə Yunanıstan 2002-ci ildə bu mövzunu müzakirə etmək üçün araşdırma görüşləri keçirib, lakin 2016-cı ildə Ankara müzakirələrdə iştirakını dayandırıb.
Dəniz sərhədindəki enerji ehtiyatları Yunanıstan iqtisadiyyatında mühüm rol oynayır. Yunan hökuməti 2007-08-ci illərdəki qlobal maliyyə böhranından sonra ağır borc böhranı ilə üzləşib.
2015-ci ildə ölkə enerji layihələrini canlandırmaq üçün təxminən 300 milyon dollar dəyərində kredit alıb.
Noyabr müqaviləsinin imzalanmasından sonra Liviya, Malta və Türkiyədən olan xarici işlər nazirlərinin Cümə axşamı keçirilən görüşündə Türkiyə və Liviya tərəfdaşlığını genişləndirmək qərara alınıb.
Liderlər Malta və türk şirkətlərinin Liviyaya qayıtmasını və Liviya Sahil Mühafizəsinin imkanlarının artırılmasında dəstəyi əhatə edən gücləndirilmiş tərəfdaşlığı müzakirə ediblər.
Mitsotakisin iyul ayında, baş nazir olandan bəri keçirdiyi iki görüşdə Türkiyə və Yunanıstan dəniz sərhədləri mübahisəsində mövqeyindən geri çəkilməyib.
“İlk görüşümüzdə onlara dedim ki, vicdanla Yunanıstan-Türkiyə münasibətlərini yeni səhifədən başlamağa çalışaq. Təəssüf ki, gözlədiyim cavabı ala bilmədim”.
Tərcümə: Strateq.az
Tarix: 8-08-2020, 13:12
Xəbəri paylaş



Xəbər lenti