Ölüm xəbəri yayılan Kim Çen İnn haqqında SİRR: Şimali Koreya lideri kimin fanatı imiş?


Ölüm xəbəri yayılan Kim Çen İnn haqqında SİRR: Şimali Koreya lideri kimin fanatı imiş? -         FOTOLAR

Şimali Koreya lideri ilə bağlı maraqlı faktlar ortaya çıxıb

 

Bu günlərdə dünyada ölüm xəbəri yayılan Şimali Koreya lideri Kim Çen İn (Kim Yong) haqqında maraqlı detallar üzə çıxıb. AYNA xəbər verir ki, İspaniyanın “Marca” nəşrində Şimali Koreya prezidentinin, indiyə kimi üzə çıxmayan sirrindən bəhs edən məqalə yer alıb. Yazıda bildirilir ki, “idman aşiqi” olan Kim Çen İnn, Mixael Cordan və “Çikaqo Bulls” basketbol klubunun fanatıdır. 


36 yaşlı Şimali Koreya liderinin tələbəlik illərində otağında Mixael Cordan və Toni Kukoçun posterlərini asdığı, tələbə yoldaşlarına “Cordan kimi olmaq istəyirəm”, dediyi üzə çıxıb. Məqalədə qeyd olunub ki, Kim İsveçrədə oxuduğu illərdə Cordanın Fransadakı oyununu izləmək üçün Parisə gedib. 


Tələbə yoldaşlarından biri “Marca”ya açıqlamasında deyib ki, Kim Çen İnn basketbol oyununda məğlubiyyətdən nifrət edirdi: “Basketbol oynayarkən bir həmyerlisi Kimi videoya çəkirdi. Biz də onun niyə video çəkildiyini anlamırdıq. Fikirləşirdik ki, yəqin Şimali Koreyada belə edirlər. Amma o, bir basketbol azarkeşi imiş”. 

 

Yazıda vurğulanıb ki, Kim Çen İnn fanatı olduğu “Çikaqo Bulls” klubunun unudulmaz oyunçularından olan Dennis Rodmanı Şimali Koreyada basketbol oynamağa razı salıb. Daha sonra onlar yaxın dost olublar. 


Kimin ölüm xəbərlərindən sonra mətbuata danışan Rodman bunları deyib: “Ümid edirəm ki, Kim Çen İnnin xəstə olduğu haqqındakı informasiyalar yalandır. Ona da ümid edirəm ki, yaxında Kim haqqında daha çox məlumata malik olacam”.
Rodman həmçinin qeyd edib ki, həm ölkəsi ABŞ həm də Şimali Koreya arasında görülməli çox işlər var: “Ona görə, Kim xəstədirsə sağalması üçün dua edirəm. Bununla da dostlarım Donald Tramp və Kim Çen İnn sülh danışıqlarına davam edərlər”.

 

Qeyd edək ki, bəzi xəbər qaynaqları Şimali Koreya liderinin öldüyünü, bəziləri isə bunun yalan olduğunu bildirirlər. Son açıqlamasında ABŞ prezidenti Donald Tramp Kim Çen İnnin ölmədiyini, yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.


Tarix: 26-04-2020, 23:05
Xəbəri paylaş



Xəbər lenti