Ukraynalı “Şaytan”ı ələ alan “Elbrus” və ya “Bobıl” ləqəbli rus agentin başqa əməlləri üzə çıxdı

 

“Bellingcat” saytı polkovnik İqor Yeqorov haqqında daha maraqlı faktları açıqlayıb

Ukrynada Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarda əli olan, o cümlədən Donbas səmasında Malayziya hava yollarına məxsus “Boinq” təyyarəsinin vurulmasında adı keçən “Elbrus” ləqəbli şəxsin polkovnik İqor Yeqorov olduğu ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “Belingcat” araşdırma qrupu xüsusi məlumat yayıb.

Qrupun təhqiqatı “The İnsider” və “Der Spiegel” kimi Avropanın tanınmış mətbu orqanlarında dərc olunub.

İqor Yeqorovun Federal Təhlükəsizlik Xidmətinin “Vımpel” bölməsində xidmət keçdiyi bilinir. O, 2014-cü ildə Krımın işğalında xüsusi rol oynayıb. Bundan başqa, polkovnik Yeqorov “Elbrus” ləqəbi ilə Luqanskda rus xüsusi təyinatlılarının kuratorluğunu həyata keçirib. Onun ləqəbi Rusiyaya məxsus “Buk” raket qurğusu ilə vurulan sərnişin təyyarəsi ilə bağlı cinayət materiallarında hallansa da kimliyi açıqlanmamışdı.

İqor Yeqorov ismi Ukraynanın həbs edilən casus generalı Valeri Şaytanovun da işində əsas fiqurlardan biri olaraq (“Bobıl” ləqəbi ilə-red.) keçir. Məlum olduğu kimi, Valeri Şaytanov məhz İqor Yeqorov tərəfindən ələ alınaraq Ukrayna Təhlükəsizlik Xidmətinin bir sıra məxfi sirlərini qarşı tərəfə satıb. Bundan başqa, Şaytanov polkovnik Yeqorovun tapşırığı ilə Ukraynanın tərəfindən Donbasda vuruşan çeçen mücahid Adəm Osmayevi öldürməyi planlaşdırırmış.

“Bellingcat”ın araşdırmasında İqor Yeqorovun son bir neçə ildə Avropaya səyahət etdiyi göstərilib. Bundan irəli gələrək sayt ötən il Almaniyanın paytaxtı Berlində çeçen döyüşçü Zalimxan Xanqoşvilinin öldürülməsi hadisəsini yada salıb. Yazıda Almaniya kəşfiyyatının İqor Yeqorovun növbəti gəlişinə ciddi hazırlaşdığı, lakin rus agentin ya koronavirusla bağlı tətbiq olunan səyahət məhdudlaşdırması, ya da tutulmaq qorxusu ilə gəlmədəyi vurğulanır.

Valeri Şaytanov

Xatırladaq ki, “Bellingcat” saytı rusiyalı casus Sergey Skripal və qızı Yuliyanın Londonda zəhərlənməsinin rus kəşfiyyatını əli ilə törədilməsini üzə çıxarmaqla ad qazanıb

Tarix: 25-04-2020, 10:54
Xəbəri paylaş



Xəbər lenti