Saakaşvili erməni nazirə xəbərdarlıq etdi: “Yolumuz kəsişməsin”/Video

 
  Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna 
hökumətində islahatlar üçün baş nazirin müavini təyin olunmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, o bu barədə Ukraynanın “New Time” qəzetinə müsahibəsində danışıb.
Saakaşvili gələcək işində iki əsas məqama diqqət etmək istədiyini söyləyib:
“Hökumətdə işləyərkən ilk növbədə Beynəlxalq Valyuta Fondu ilə danışıqlara diqqət yetirmək istərdim. İkincisi,
ölkəmizdə kiçik və orta sahibkarlığın güclənməsi vacibdir”.
Eyni zamanda, keçmiş qubernator bildirib ki, Ukraynada “feodal oliqarxiya sistemi” qorunub saxlanılmaqda davam edir,
bu da dəyişdirilməlidir. Bu baxımdan hökumət orta təbəqənin genişlənməsinə diqqət yetirməlidir.
Siyasətçi etiraf edib ki, oliqarxlarla qarşılıqlı əlaqədən qaçmaq olmur, lakin buna laqeyd olmaq doğru deyil, çünki
prioritet Ukrayna xalqı olmalıdır.
Saakaşvili daxili işlər naziri Arsen Avakovla uzun müddət davam edən qarşıdurmasına da münasibət bildirib.
Ona bir stəkan su atan erməni əsilli nazirlə eyni hökumətdə necə işləyəcəyi barədə bunları deyib:
“Daxili işlər naziri prezidentin nomenklaturasıdır. Baş nazirin islahatlar üzrə müavini işlərində daxili işlər naziri ilə kəsişmir.
Bunlar tamamilə fərqli istiqamətlərdir. İndi çox çətin bir vəziyyətdir, münaqişələr onu daha da ağırlaşdıra bilər.
Mən münaqişə deyil, işə gedirəm”.
Tarix: 24-04-2020, 20:35
Xəbəri paylaş



Xəbər lenti