Fransa Prezidenti təcili tədbirlər görülməsinə dair çağırış edir
Fransa Prezidenti Emmanuel Makron yeni növ koronavirusun yaratdığı iqtisadi böhranın öz həllini tapmayacağı təqdirdə Avropanın gələcəyinin olmayacağını deyib. AYNA xəbər verir ki, Makron bu barədə Avropa İttifaqının (Aİ) videokonfrasından sonra açıqlama verib.
Fransa Prezidenti Avropa ölkələrinin pandemiyaya qarşı reaksiyasının simmetrik olmadığını və bunun düzəlməyəcəyi təqdirdə Avropanın daha çox iqtisadi təsir görəcəyini vurğulayıb.
Aİ iqtisadiyyatını dirçəltmək üçün plan qurmağın lazım olduğunu bildirən Makron Avropada ümumi daxili məhsulun (ÜDM) həcminin 5-10 faiz düşəcəyini də proqnozlaşdırıb: “Güclü həll yolu tapmalı və həmrəylik nümayiş etdirməliyik. Aİ Komissiyasının da bu mövzuda işləməsini istədik. Fransa ən qısa zamanda qalib gəlmək istəyir”.