Ukraynada karantin rejimi mayın 11-dək uzadılıb

 
Ukraynada koronavirusla bağlı karantin rejimini mayın 11-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Ukraynada karantin dövrü aprelin 24-də başa çatırdı. Koronavirusa yoluxmada artım müşahidə edildiyindən, onun müddətinin uzadılması qərara alınıb. Ukraynada koronavirusa yoluxma ilə bağlı pik vəziyyətin aprelin sonu mayın əvvəlində olacağı proqnozlaşdırılır.
Tarix: 22-04-2020, 22:11
Xəbəri paylaş



Xəbər lenti