Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndi ilə bağlı səsləndirilən fikirlərə son qoyacaq fikirlə çıxış edib.
Cebhe.info xəbər verir ki, ÜST-ün aparıcı mütəxəssisi, London İmperator Kollecinin professoru Devid Nabarro bildirib ki, peyvənd heç zaman yaradılmaya bilər. Professor bu fikrini koronavirusun olduqca ağır olmasıyla əlaqələndirib. Professorun fikirlərini "The Observer” yayınlayıb.
Nabarro bildirib ki, insanlar müəyyən müddət bu virusla yaşamağa məcburdur, virusu daimi təhlükə kimi diqqətə almaq lazımdır:
"Bu, o deməkdir ki, xəstəlik əlaməti olanları və onlarla təmas edənləri təcrid etmək lazımdır. Yaşlıları qorumalıyıq. Eyni zamanda, xəstəxanaların təminatına diqqət yetirilməlidir ki, daha çox xəstə qəbul edilsin. Bu, bizim həyatımızın norması olmalıdır".
Xatırladaq ki, hazırda dünyada 2,3 milyon nəfər virusa yoluxub. Ölü sayı 167 mindir.