“Taclı” onlara toxunmadı: Sərvətinə milyardlar qatan dünya "nəhəngləri" - ARAŞDIRMA


“Taclı” onlara toxunmadı: Sərvətinə milyardlar qatan dünya "nəhəngləri" - ARAŞDIRMA

Dünyanın böyük şirkətlərindən olan "Facebook", "Google", "Microsoft"un gəliri ildən-ilə dəyişir.

Cebhe.info xəbər verir ki, onlar ümumi gəlirlərinin böyük hissəsini reklamlardan, yerləşdirilən oyunlardan və istifadəçi sayının artmasından qazanır. Bu da il keçdikcə gəlirlərin artmasına səbəb olur.

Bəs sözügedən şirkətlər toplam nə qədər qazanırlar?

"Facebook" ötən ilin sonunda xalis mənfəəti 2018-lə müqayisədə 19,6% artaraq 6,1 milyard dollara çatıb. Maliyyə göstəriciləri açıqlandıqdan sonra isə sosial şəbəkəsinin səhmlərinin 3%-ə yaxını dəyər qazanıb.

Qeyd edək ki, hazırda "Facebook"dan 2,45 milyard insan istifadə edir. Bu, illik müqayisədə 8% çoxdur. Şirkət yalnız 2016-cı ildə reklamlardan 5,67 milyard dollara qazanıb. Bu rəqəm 2017-ci ildə 8,63 olub. Buradan da görmək olur ki, şirkətin qazancında reklamların rolu böyükdür.

Hazırda koronavirus dönəmi davam etdiyi üçün gəlirin ötən illə müqayisədə xeyli artacağı istisna edilmir. ABŞ-ın çoxmillətli texnologiya şirkəti "Microsoft Corporation"un ötən il satış gəliri 32.47 milyard dollar təşkil edib. Bu, 32.50 milyard dollarlıq orta analitik proqnozdan yüksəkdir. "Microsoft"un həmin dövrdə qiymətli kağıza düşən mənfəəti 1.08 dollar olub. Bu da 1.09 dollarlıq proqnoza yaxındır. Şirkətin Ağıllı Bulud gəliri 9.38 milyard dollar olub. Gözlənti 9.27 milyard dollar idi. Virus səbəbi ilə bu şirkətin gəlirlərinin artacağı da gözlənilir. Bu barədə şirkət rəhbəri də açıqlama vermişdi.

Alphabet Holdinqin bir hissəsi olan "Google" 2019-cu ilin sonunda ən böyük gəlirini "YouTube"dan qazanıb. Yəni, portal şirkətə 15 milyard dollar qazandırıb. Bu "Google"-un ümumi gəlirinin 10% -ni təşkil edir. Eyni zamanda, son üç ayda reklam xidməti 5 milyard dollara qalxıb. Beləliklə, "Google"un "YouTube"dan əldə etdiyi gəlir "Facebook" gəlirinin 20% -ni təşkil edib. Ağıllı dinamiklər və smartfonlar satışında "Pixel Google" üç ayda 5.3 milyard dollar qazandı. Eyni zamanda, Alphabet şirkətinin bu dövrdəki ümumi gəliri 46 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilə nisbətən 17% çoxdur.



Tarix: 18-04-2020, 20:46
Xəbəri paylaş



Xəbər lenti