
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin hazırlıq iclası keçirilib.Hakim Aytən Əliyeva sədrlik etdiyi prosesdə vəkillər bu iş üzrə həbs olunmuş jurnalistlər – Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə məhkəməyə vəsatət veriblər.Gununsesi.info-ya açıqlama verən vəkil Elçin Sadıqov vəsatətin təmin olunduğunu deyib.Onun sözlərinə görə, növbəti məhkəmə prosesi dekabrın 22-də keçiriləcək.