"Georginio" restoranı parkın bir hissəsini terras kimi zəbt edib - VİDEO



Xətai rayonu, "Ukrayna dairəsi" yaxınlığındakı parkda özbaşınalıq edildiyi ilə bağlı məlumat yayılıb.

 

Baku TV-nin "Qaynar xətti"nə daxil olan şikayətə görə, burada yerləşən "Georginio" restoranı parkın bir hissəsini terras kimi zəbt edib.

 

Sakinlər deyirlər ki, bu həm gediş-gəlişi məhdudlaşdırır, həm də parkın ümumi funksiyasına uyğun deyil.

 

"Uşaqlar, yaşlılar bu parkda gəzirlər. Buradan pulu olmayanlar da keçirlər. Onların nəfsləri də yemək çəkə bilər. Masalar parkdan yığışdırılmalıdır", - deyə sakin narazılığını bildirib.

 

Daha ətraflı videomaterialda:

 



Tarix: 3-12-2025, 10:01
Xəbəri paylaş



Xəbər lenti