“Bakı-Xəbər” qəzetinin baş redaktorunun müavini Tahir Tağıyev sosial şəbəkədə redaksiyamız barədə qərəzli fikir səsləndirənlərə Facebook hesabında cavab verib.
T.Tağıyev yazır: “Gülnaz Qəmbərli adlı birisi yazır ki, mən “Bakı-Xəbər”də İradə Sarıyevadan başqa jurnalist tanımıram. Bəli, İradə Sarıyeva gözəl qələmi olan, istedadlı jurnalistdir. Ancaq adama deyərlər əgər sən həqiqətən düzgün adam olsaydın "Bakı-Xəbər"də İradə Sarıyevanın qələm yoldaşları Vidadi Ordahallını, Günel Cəlilovanı, Akif Nəsirlini, Nahid Salayevi, Tahir Tağıyev və adını çəkmədiyim digərlərini də görərdin. Biz sizlər kimi yüz qapı gəzməmişik, bəlkə ona görə jurnalist kimi görünmürük... Bizim birlikdə gördüyümüz iş ortadadır. İllərdir çalışdığımız "Bakı-Xəbər" bu gün ölkənin ən sanballı media orqanlarından biridir. Bax bu sizin və sizin kimilərin görə bilmədiyi jurnalistlərin zəhmətinin nəticəsidir...”
İradə SARIYEVA