Deputatın adı mal bazarı QALMAQALINDA: Məsələ Baş Prokurorluğa qədər gedib çıxdı - AÇIQLAMA

news/2025_11_01/mal_bazari_qal4_1761989129.jpg

Razi Nurullayev İmişlidə bazar açıb? - Sakinlər şikayət edir.



İmişlinin Nurulu kəndinin sakinləri  örüş sahələrinin zəbt edildiyini bildirlər.

Oxu24.com  xəbər  verir   ki,kənd sakinlərinin ixtiyarında olan örüş sahəsində deputat Razi Nurullayevin  kommersiya təyinatlı mal-qara bazarı tikdirdiyi iddia olunur.Zəbt edilmiş 20 hektardan çox örüş sahəsində həyata keçirilən tikinti işləri ilə bağlı icarəyə götürülən torpaq sahəsi Razi Nurullayevin köməkçisi  Vüqar Süleymanovun atası,Qulubəyli kənd sakini Yavər Süleymanova 12 aprel 2025-ci il tarixdə Muradalılı bələdiyyəsi tərəfindən 2040-cı ilə qədər icarəyə verilib.

Məlumdur ki, örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur.Ona görə ki,bir qayda olaraq torpağın təyinatının dəyişdirilməsi mövcud qanunverciliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.


İmişli Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin şikayəti ilə əlaqədar sözügedən ərazidə hər-hansı kommersiya təyinatlı tikinti işlərinin aparılmamasına və dayandırılmasına dair müvafiq qərar versə də,nədənsə qanunverici orqanı təmsil edən şəxsin adamlarından həmin qərara məhəl qoyan yoxdur. 

R.Nurullayevin himayədarlıq etdiyi deyilən  mal-qara bazarında tikinti işləri sürətlə davam etdirilir və obyektdə son yekunlaşma işləri görülür.Tikintinin aparıldığı ərazidə 1036 ədəd yulğun ağacı deputatın adamları tərəfindən məhv edilib. Onların tərəfindən təbiətə külli miqdarda ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin 30 aprel 2025-ci il tarixli 3-14-22/2-662/2025 nömrəli rəyinə əsasən  akt tərtib edilib və qanunsuz tikinti aparan Yavər Süleymanov əvvəlcə 10 min manat,sonra isə 35 min manat  cərimə olunublar.

Qeyd olunan iddialarla bağlı Oxu24.com saytının əməkdaşı  deputat Razi Nurullayevin də mövqeyini öyrənmək istəyib.Razi Nurullayevin köməkçisi Vüqar Süleymanov sayta   iddialarla bağlı açıqlama verib.

“Razi Nurullayevin barəsində söhbət gedən məsələyə heç bir aiddiyatı yoxdur.Muradalılı bələdiyyəsi örüş sahəsinin icarəyə verilməsinə dair 2025-ci ilin mart ayında  hərrac elan etmişdir.Tam qanuni əsaslarla atam Yavər Süleymanov hərracda iştirak edib və hərraca çıxarılmış 20 hektar örüş sahəsini 2040-cı ilə qədər icarəyə götürüb.İcarə haqqı dövlət büdcəsinə ödənilib.Yararlı vəziyyətə gətirmək üçün icarəyə götürülmüş torpaq sahəsində hamarlama,kol-kosdan təmizlənmə işləri görülüb və ərazi məftil barmaqlıqlarla çəpərlənib.Torpağın təyinatının dəyişdirilməsi məqsədi ilə icarədar Yavər Süleymanov tərəfindən müvafiq təşkilatlara müraciət olunub.İddia olunduğu kimi hazırda orada heç bir tikinti işləri getmir.Mal-qara saxlamaq üçün sadəcə Şəhərsalma və Arxitektura Komitəsinin tələblərinə uyğun olaraq bir neçə gündür konstruksiyadan ibarət yardımçı binalar quraşdırılıb.Ərazi  istismara yararlı hala gətirilərkən 1-2 dənə qurumuş yulğun ağacı kökündən çıxarılıb və təbiətə vurulmuş ziyana görə,tərtib edilmiş cərimə icarədar tərəfindən  dövlət büdcəsinə ödənilib”,-deyə Razi Nurullayevin köməkçisi bildirib.


Tarix: Dünən, 22:57
Xəbəri paylaş



Xəbər lenti