
Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, sabiq rektor əməlli-başlı mal-mülk sahibi olub: təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var.
Sosial və peşəkar mediada sabiq rektorun varidatı ilə bağlı bir neçə siyahı yayılıb.
1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596)
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. BDU-nun yaxınlığında 20-yə yaxın bufet və yeməkxanalarından ildə 1 milyon 200 min manat arenda pulu gəlir kimi götürülür.
5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
6. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)
7. BDU tələbələrinin elmi-texniki təchizatının sosial-məişət avadanlıqlarının müasirləşdirilməsi adı altında dəyəri 930 milyon 282 min manat civarında olan avadanlıqlar gömrük rüsumu ödənmədən ölkəyə gətirilərək Abel Məhərrəmovun otel və restoranlarında yerləşdirilib.
1) “Lamborghini”
2) “Bentley”
3) “Porsche Cayenne”
4) “Land Rover”
5) !Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
6) “Audi Q7”
7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9) “BMW X6” (son model - qiyməti 200 min avro)
10) “BMW -760” (qiyməti 400 min avro)
Mənbə: Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov
1) Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2) Quba rayonunda 1 villa;
3) Xızı rayonunda 1 villa;
4) Nabranda 1 villa;
5) Şüvəlan qəsəbəsində 1 villa;
6) Mərdəkan qəsəbəsində 1 villa;
7) AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
Şərifzadə küçəsində yerləşən ev.
- Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.
- 8-ci mikrorayonda daha bir restoranı
- N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
Abel Məhərrəmovun 20 illik rektorluq dövrü onu ölkədəki gizli məmur-oliqarxlar sırasında ilk yerlərə çıxarıb. İndi isə hesablaşma zamanıdır. Sabiq rektorun əmlaklarının “milliləşdiriləcəyi” də gözləniləndir...
