Belə ki, DTX-nın təxminən 10 nəfərə yaxın əməkdaşı V.Məmmədovun dünən axşam saat 18:00-da “Hurriyyet TV”-də apardığı veriliş bitər-bitməz internet telekanalının ofisinə daxil olublar. Onlar ofisdə axtarış apardıqdan sonra “Hurriyyet TV”-yə məxsus bütün avadanlıqları da özləri ilə aparıblar.
Məlumat üçün bildirək ki, Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 29 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.
Qeyd edək ki, Baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ heç bir rəsmi və ya qeyri-rəsmi ittiham yoxdur. “Hürriyyət” olaraq, bəzi saytların V.Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirməsinə qəti etiraz edir və bu mülahizələrin tamamilə qərəzli və məqsədyönlü olduğunu bəyan edirik. Ən azı ona görə ki, Vüqar Məmmədova bir neçə ay öncədən bəzi dövlət orqanları tərəfindən, fəaliyyətini dayandırmayacağı təqdirdə, həbs olunacağı ilə bağlı xəbərdarlıq edilmişdi.