“Smart Elektroniks” müştərisinə zərər vurub, şikayətə baxmır




Bakı sakini Əhmədov Muxtar Əbülfət oğlu Siyaset.info-ya müraciətində üzləşdiyi problemi ictimailəşdirib. Onun sözlərinə görə, adətən lazım olan elektronik malları “Smart Elektroniks”dən alıb: "Kreditlə məhsullar götürüb tez bir zamanda gecikmə olmadan kreditimi bağlamışam. Yaxın günlərdə "Nokia" markalı telefon almışam bu şəbəkədən. Alınandan işləmədiyi üçün özlərinə bildirdim. Dedilər, gətir servisə. Servisə verəndən sonra bəhanə etdilər ki, bu telefon normaldır, işləyir. Telefon baha olmadığı üçün üstünə düşmədim.
Bir müddət sonra həmin mağazadan iPhone 16 və qulaqcıq aldım. Bu  qulaqcığı mənə 450 manata verdilər. Aldıqlarımı kreditlə götürmüşəm və gecikmə olmadan ödənişimi edirəm. Qulaqcığı aldıqdan cəmi 2 ay sonra bir tayı işləmədi. Özlərinə də bildirdim ki, bu qulaqcıqda problem var. Servisə aparmağımı məsləhət gördülər. Servisdə bildirdilər ki, bu dəyişilməlidir, əldən düşüb, xarab olub".
Şikayətçi deyibki, nə əldən düşüb, nə də zərbə alıb: "450 manatlıq maldır, o qədər də zəif olmamalıdır axı. 20-30 manata  aldığımız şunursuz qulaqcıq dəfələrlə yerə düşüb, heç problem yaranmayıb. 450 manatlıq qulaqcıq yerə düşmədiyi halda niyə işləməsin. Yenidən servisə müraciət etdim və mənə bildirdilər ki, sizin üçün bu qulaqcıqdan gətirə bilərik. Guya qiyməti 120 manatdır, ancaq mənim üçün 60 manata dəyişərlə. Başqa şansım olmadığı üçün razılaşdım. Üstündən bir ay keçəndən sonra malı gətirdilər. Mən ödənişimi edib yeni qulaqcığı götürmək istəyən zaman servicdən köhnə, işləməyən qulaqcığı da tələb etdim. Ancaq bildirdilər ki, qulaqcıq yoxdu, verə bilməzlər. Buna görə mən yeni qulaqcığı da götürmədim.
Mağazanın rəhbərliyi ilə əlaqə saxladım. Müdir köməkçisi mənə bildirdi ki, işləməyən qulaqcığı şirkətə verib, əvəzində yenisini gətirdiriblər. Bu şirkət açıq-aşkar fırıldaqla məşğuldur. Bu hərəkətlərinə görə onlara bildirdim ki, məhkəməyə müraciət edəcəyəm. Bu onları qətiyyən narahat etmədi. Əksinə bildirdilər ki, hara istəyirsiniz müraciət edin".

SIYASET.INFO

Tarix: 27-10-2025, 21:39
Xəbəri paylaş



Xəbər lenti