Bravo ay "Bravo" yaxşı ələ salrsan bizləri!! FOTO

Bravo ay "Bravo" yaxşı ələ salrsan bizləri!! FOTO

10-10-2025, 00:01           
Bravo ay "Bravo" yaxşı ələ salrsan bizləri!!  FOTO
Bu gün həm alış veriş etmək üçün, həmdə "Bravo"-nun qazilərə təqdim etdiyi güzəşt kartının vaxtını təzələmək üçün 20-ci sahədə yerləşən "Bravo" supermarketinə getmişdim. Nə deyim, bir çox gözlənilməz "yeniliklər"-lə rastlaşdım.
Elə ən birinci "Bravo" supermarketinin dayanacağına girəndə şlaqbaum məni təəcübləndirdi. Bir az yaxınlaşanda aşağıdakı elan lövhəsini gördüm.
Yəni suermarketin dayanacağı pullu olub. Bunun qanuni olub olmadığını deyə bilmərəm, çünki o məsələ ilə aidiyyatlı orqanlar məşğul olarlar hər halda. Amma bu lövhədə nə keçmiş Prezident rəhmətlik Heydər Əliyevin nədə Prezident İlham Əliyevin fərmanlarında yer almış sərəncamdan əsər əlamət görmədim.


Ən azından AYNA-nın parkovkalarında arada bir lövhələrdə əlil arabası işarəsi görmək olur Əslində isə hər bir parkovka yerində lövhələrdə əlil arabası şəkli və əlillər üçün xüsusi yerlər ayrılmalı və nişanlanmalıdır. Bu Prezidentlərin fərmanlarından irəli gələn öhdəlikdir. Amma bu parkovkada belə bir şey görmədim. İndi supermarketə gələnlər parkovkaya pul ödəməlidirlər.

Sonra yaxınlaşdım müştəri xidmətləri deyilən yerə. Güzəşt kartımı, əlilik vəsiqəmi və şəxsiyyət vəsiqəmi təqdim etdim ki, bu güzəşt kartının vaxtını uzadın. Nə desələr yaxşıdır. Dayı sən "Dost" xidmətindən arayış gətir.
Daha bu "Bravo" ya nə deyim? Ancaq elə mən deyən kimi bravo ay "Bravo" yaxşı ələ salrsan bizləri!!
Nurəddin Xoca
TEREF
Tarix: 25-10-2025, 14:22
Xəbəri paylaş



Xəbər lenti