Rayon rəhbəri Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin toy şənliyində iştirak edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatları Anar Məmmədov və İlham Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən müharibəsi qaziləri ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin toy şənliyində iştirak ediblər. 

Hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideyinlərinə gözaydınlığı verib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.

Toy şənliyində  Milli Məclisin deputatları Anar Məmmədov və İlham Məmmədov, Tərtər rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, Rayon Prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov,  Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və digər çıxış edənlər yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Tərxis olunmağına 3-4 gün qalmış Vətən müharibəsi başlayıb. Tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.

Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illik (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə onlara göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Tarix: 20-10-2025, 22:11
Xəbəri paylaş



Xəbər lenti