
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu qərardan sonra R.Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb.
Belə ki, Teymur Mehdiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir. O bu vəzifəyə 2014-cü ildə təyin edilib.
Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunub. (unikal)