“Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı avtomobil kolleksiyası üzə çıxıb.
Neqativ.com xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, şirkət rəhbərinin və həyat yoldaşı Fidan İbrahimovanın hər birinin dəyəri yarım milyon manatlıq (təxminən 500 min manat) olan avtomobilləri var.
F.İbrahimovaya “99-AA-615″ seriya nömrəli “Mercedes Galenvagen” məxsusdur. Kamal İbrahimovun isə “Range Rover”, son model “Rolls Royce”, “Bentley S Class”, “Mercedes Galenvagen” markalı avtomobil kolleksiyası var.
Qeyd edək ki, Kamal İbrahimov iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxınlığı ilə tanınır. O, eyni zamanda xarici işlər naziri Ceyhun Bayramovun dostudur.
Fotoda: Fidan İbrahimovanın avtomobili
“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, 14 il müddətinəazadlıqdan məhrum edilib. Rasim Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.
Xatırladaq ki, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan “Mersedes G63 AMC İNCAS” maşını gətizdirməsi ilə gündəmə gəlmişdi. Bu maşının bir özəlliyi də onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır.
“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10 AH 784 dövlət qeydiyyat nişanını sifariş edib. İş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.