"Rusiya ilə nüvə münaqişəsinə hazırıq, həm də tam şəkildə..." - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya ilə mümkün nüvə qarşıdurmasına dair sərt açıqlama verib.

Tramp Dmitri Medvedevin bəyanatlarına cavab olaraq ABŞ-ın belə bir ssenariyə tam hazır olduğunu bildirib. “Medvedev yenə nüvə silahından danışmağa başlayıb. Biz belə hallarda tam hazır olmalıyıq. Və mən sizə deyirəm: biz hazırıq, həm də tam şəkildə”, – deyə Tramp vurğulayıb.   O, Rusiya rəhbərliyinin təhdidlərini ciddi qəbul etdiyini, xüsusilə də Medvedevin “qeyri-sabit və təhlükəli ritorikasının” Qərb üçün real təhdid olduğunu bildirib. Trampın bu açıqlaması ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub. (musavat) 

Tarix: Bu gün, 10:50
Xəbəri paylaş



Xəbər lenti