Döyüşdə komaya düşərək həyatını itirən əsgərə şəhid adı verilmədi


Şəhid cənazəsi

Vətən müharibəsi başlayanda hər bir Azərbaycan vətəndaşı ayağa qalxdı, Qarabağı azad etmək üçün döyüşə getməyə hazır olduğunu bildirdi.

Döyüşə könüllü gedənlərdən biri də 1993-cü il təvəllüdlü Əliyev İlkin Yaşar oğludur. O, müharibə başlayandan 3 gün sonra könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə gedib.Lakin döyüşə gedərkən ağır diabet xəstəsi olmasını hamıdan gizlədib.
Bu barədə Bizimyol.info-ya danışan anası Nərminə Əliyeva bildirir ki, oğlunun halı pisləşəndə zabitlər onun ağır xəstə olduğunu anlayıblar və geri göndəriblər. Komaya düşən İlkin Bakıya “Neftçilər” xəstəxanasına yerləşdirilib. Komadan çıxdıqdan sonra hərbi hospitala köçürülən İlkinə orda döyüşə “yararsız” diaqnozu qoyulub. Sonuncu dəfə halı pisləşərək Sabunçuda 3 nömrəli xəstəxanada müalicə alan İlkin yenidən cəbhəyə getməyə can atıb, amma səhhətidəki ağırlaşma buna imkan verməyib.
Anası Nərminə xanım da, İlkinin atası Yaşar Əliyev də narazılıq edirlər ki, Sabunçu xəstəxanasında qazimizə göstərilən xidmətdən narazılıq edirlər. “Yaxşı baxmırdılar, soyundurub uzatmışdılar, soyaqdan uşaq göyərmişdi.”
21 noyabrda səhər tezdən Nərminə Əliyeva xəstəxanaya gedəndə ona deyirlər ki, İlkin keçinib.
Qazinin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər. Hazırda Şixlinski küşəsi 13, mənzil 95-də yaşayan ailə həm həkimlərin cəzalanmasını istəyir. Həm də İlkinin şəhidlik startusu ilə bağlı narahat olduqlarını deyirlər. Bir həftə öncə dünyasını dəyişən İlkin nə Şəhidlik adını ala bilib nə də İcra strukturları onun yaş mərasimini təşkil etdi. Anası tək, köməksiz qalıb, tək ümidi olan yeganə oğlunu 500 manat borc tapıb dəfn edib. Şəhidlər xiyabanında basdırılmasına imkan yaradılmayıb.
İlkin o müharibəyə vətən eşqi ilə getdi, cəbhədə olmasaydı, komaya da düşməyəcəkdi. Məsələni araşdırmağa davam edəcəyik. Qarşı tərflərin də mövqeyini verməyə hazırıq.
Bizimyol.info
Tarix: 4-12-2020, 12:18
Xəbəri paylaş



Xəbər lenti