Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…


Dövlət nəzarəti: “Övlad mənimdir, özüm bilərəm” deyənlər unutmasınlar ki…
Almaz Həsrət: “6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır”
 
Azərbaycanda yeni tədris ili başlayıb. Ölkəmizin qanunlarına görə, 6 yaşına çatmış hər bir uşaq məktəbə getməli, 9 illik və ya 11 illik təhsil səviyyəsinə yiyələnməlidir.
 
Bəs, hər bir azərbaycanlı uşaq vaxtında dərsə gedə və bu proqramı yekunlaşdıra bilirmi? Xüsusi ilə regionlarda elə hallar olur ki, şagirdlər kiçik yaşlarından məktəbdən çıxarılıb ya işləməyə, ya da evlənməyə məcbur edilir. Bunun qaşısını almaq çox çətin, bəzən mümkünsüz olur.
 
Bu məsələ qanunla necə tənzimlənir? Belə olan halda məktəb rəhbərliyi, müəllimlər, hüquq mühafizə orqanları hansı addımları atmalıdırlar?
 
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət AYNA-ya deyib ki, hər şeydən öncə valideynlər maarifləndirilməlidir: “Azyaşlılar mütləq şəkildə təhsil almalıdırlar. Onlar azyaşlı uşaqları ailə qurmağa yönləndirməməlidirlər. Əksər valideynlər ya hüquqlarını bilmir, ya da gözdən qaçırırlar. Öz bildiklərinə uyğun hərəkət etdikləri üçün də nəticə pis olur”.
ALMAZHASRET.com – Sizin üçün bir təhsil saytı!
“6, 7, 8-ci sinifdən məktəbdən çıxarılmış şagirdlərə görə məktəb heç bir hüquqi məsuliyyət daşımır. Məktəb şagirdləri mütləq nəzarətdə saxlamalıdır, belə bir hadisə baş verərsə, aidiyyəti quruma, rayon təhsil şöbəsinə müraciət etməlidir. Rayon təhsil şöbəsi də Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına məlumat verməlidir”, - həmsöhbətimiz bildirib.
 
A.Həsrətin sözlərinə görə, valideyn deyə bilər ki “övlad mənimdir, özüm bilərəm”, lakin unutmayaq ki, övlad dövlətin nəzarətindədirsə, bu cəmiyyətin bir parçasıdırsa, dövlət mütləq şəkildə dövlət onu qoruyur, qoruyacaq da: “Bu yöndə bir problem yaşanarsa, sinif rəhbəri məktəb rəhbərinə, məktəb rəhbəri aidiyyəti qurumlara, onlar isə polisə müraciət edərək bildirir vəziyyəti. Yalnız bu çərçivədə belə halların qarşısını almaq olar”.
 
Ekspert bu prosesdə psixoloqların mühüm rolunun olduğunu vurğulayıb: “Hər bir məktəbdə psixoloq çalışır. Sinif rəhbəri, psixoloq və hətta, fənn müəllimi şagirdlərə xüsusi nəzarəti artırmalıdır. Şagirdin davamiyyəti daimi nəzarətdə saxlanılmaldır. Əgər şagird təhsildən yayınarsa, sinif rəhbəri bunu məktəb rəhbərinə bildirməlidir. Məktəb rəhbəri ailəyə baş çəkməli və vəziyyəti müşahidə etməlidir, həm də psioxoloq və sinif rəhbəri ilə birlikdə. Əgər şagirdlə ailə arasında anlaşma çətindirsə, ortaq məxrəcə gəlməkdə çətinlik çəkirlərsə, bu zaman daha yuxarı qurumlara bildirilməli, ailədə övlada qarşı sərt, sayğısız bir durum müşahidə edildikdə gərəkli olan, hüquqi normativ qaydalara uyğun müvafiq cəza tədbirləri görülməlidir”.
Tarix: 19-09-2020, 21:37
Xəbəri paylaş



Xəbər lenti